İt və pişik sevərlər arasında 10 MARAQLI FƏRQ

 

Bir çoxlarımız evdə balıq, quş, it, yaxud pişik saxlayırıq. Ailem.az sizə it və pişik saxlayanlar arasında olan 10 maraqlı fərqi təqdim edir.

 

İt sevərlər dinləyir

 

Çox qəribə də olsa, it sevərlər təbiətlərinin tələb etdiyi kimi daha itaətkardırlar. “Huffington Post”da yayımlanan məqaləyə görə, it sevərlər qaydalara uyğun davranmağa daha uyumlu, pişik sevərlər ümumi qaydalara uymamağa, bununla yanaşı qaydaları özlərinə uyğunlaşdırmağa çalışırlar.

 

Pişik sevərlər ağıllıdır

 

Araşdırmaya görə, pişik sevərlər tətbiq olunan zəka testində it sevərlərdən daha yüksək xallar alıb.

 

İt sevərlər canlılığı sevir

 

Eyni çalışma haqqında “Live Science”da yayımlanan məqaləyə görə, it sevərlər daha dostcanlı və enerji doludurlar.

 

Pişik sevərlər açıq fikirlidir

 

Zəkaya aid nəticələr kimi, bu da it sevərlərin tərsi olduğu anlamına gəlmir. Sadəcə, pişiksevərlərin bir az daha açıq fikirli olduğu söylənə bilər. Bu vəziyyət ümumi olaraq sənət anlayışı, qeyri-adi fikirlər, macəra, maraq və təcrübələri əhatə edir.

 

İt sevərlər insan sevir

 

Bu, bir sirr deyil, pişiklər bir az daha soyuq ola bilir. Eyni şəkildə sahibləri də. İt sevərlər isə insanlarla əlaqə qurmağı sevir. Bunun üçün Huffington Post tərəfindən məsləhət görülən səbəb isə, it sahiblərinin həyat tərzinin daha aktiv olması və itlərini də digər heyvanlarla sosiallaşması üçün daha çox bayıra çıxarmasıdır.

 

Pişik sevərlər sevgi, it sevərlər dostluq axtarır

 

Pişik sahibləri heyvanlarından sevgi gözləyir, it sahibləri dostluq axtarır. Araşdırmaçı Denise Guastello “İnsanlar heyvanları öz şəxsiyyətlərinə uyğun seçirlər. Nümunə kimi, pişiklər özlərini qoruyan, müstəqil heyvanlar olaraq görülür”, - deyə bildirib.

 

Pişik sevərlər həssasdır

 

Çox zaman insanlar hissiyyatlı olmağı bir qəbahət olaraq görürlər. Vəziyyət belə olmaq məcburiyyətində deyil və pişik sevərlər daha hissiyyatlı olur.

 

İt sevərlər insanların daha böyük bir qismini təmsil edir

 

“Live Science” araşdırmaya qatılanların yüzdə 60-nın it, yüzdə 11-nin pişiyini seçdiyini qeyd edir. Geri qalan isə ya ikisini də sevir, ya da heç heyvan sevmir. Görünüşə görə, it sevərlər çoxluq təşkil edir.

 

Pişik sevərlər yalnızlığı seçir

 

“Modern Dog” jurnalında yayımlanan araşdırmaya görə, pişik sevərlərin üçdə biri yalnız yaşamağı seçir. İt sevərlər sevgilisi və ya ailəsi ilə birlikdə yaşayır.

 

İt sevərlər hökmlüdür

 

“Modern Dog” jurnalında yayımlanan eyni araşdırmaya görə, it sevərlər pişik sevərlərlə müqayisədə daha hökmlüdürlər.

LENT

23 Oktyabr 2017
21 Oktyabr 2017
20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017