Eldar Qasımovdan ÇAĞIRIŞ: “Onlara yem alın” – FOTOSESSİYA

“Eurovision” yarışmasının qaliblərindən olan Eldar Qasımov yeni addımı ilə yenə də seçilməyi bacarıb.

 

Ailem.az-ın məlumatına görə, o, heyvansevər insanlara müraciət edərək, onları yeni aksiyaya qoşulmağa dəvət edib.

 

Belə ki, E.Qasımov hər kəsi gənc və istedadlı fotoqraf Azər Cəfərin təşkil etdiyi “Kimsəsiz heyvanlara yem al və pulsuz fotosessiya qazan” aksiyasına qoşulmağa səsləyib. Müğənni bildirib ki, məhz bu məqsədlə artıq onun özünün fotosessiyası baş tutub: “Kimsəsiz heyvanlara yem gətirən hər bir kəs gənc və istedadlı fotoqraf Azər Cəfərdən pulsuz fotosessiya əldə edəcək. Düşünürəm ki, bu, çox gözəl fürsətdir. Bir fotosessiyanın qiyməti 120 -150 manat arasındadır. Amma heyvanlara sevgi göstərib, onlara 15-20 manat yemək almaqla bu şansdan pulsuz istifadə edə biləcəksiniz. Həm də bununla savab qazanacaqsınız. Bu yeməklər aclıqdan ölən heyvanların yaşamasına səbəb olacaq. Cəmiyyətin sağlamlığı onun heyvanlara qarşı münasibətdən bəlli olur”

 

Fotoqraf Azər Cəfərin çəkdiyi Eldar Qasımovun fotolarını təqdim edirik.

 

LENT

23 Oktyabr 2017
21 Oktyabr 2017
20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017