Boyat çörəyi təzələməyin ASAN YOLU

Çörək qida rasionumuzda əhəmiyyətli yerlərdən birini tutur. Yeməkləri demək olar ki, çörəksiz yeməyi təsəvvür etmirik. Bəs necə edək ki, çörək tez boyatlamasın? Ailem.az sizə çörəyin təzə qalması və boyat çörəyi belə, təzə kimi necə istifadə etməyin yollarını açıqlayır.

 

Çörək bir neçə gündə boyatlanıb, hətta kiflənib ziyan ola bilər. Lakin çörəyin təzəliyini qoruyacaq saxlama üsulları ilə çörəyi xarab olmaqdan qurtara bilərsiniz.

 

Marketlerde satılan çörək və oxşar məmulatlar qəhvərəngi kağız kisələrdə satılır. Məqsəd isə kağızın nəm əmici xüsusiyyəti olmasıdır. Çörəyinizi sarılı olduğu kağızlarda, otaq temperaturunda saxlayın.

 

Bəzən çörəyi gec xarab olması üçün soyuducuya qoyurlar. Bu, doğru deyil. Çörəyi əsla soyuducuya qoymayın. Çünki oradakı soyuq mühit çörəyin daha sürətlə boyatlamasına səbəb olur.

 

Boyat çörəyi təzə hala gətirmək isə asandır. Bunun üçün boyat çörək diliminin üzərinə su səpərək nəmləndirin və sobada isidin. 10 dəqiqə içində çörək təzələnmiş olacaq.

 

LENT

14 Dekabr 2017
13 Dekabr 2017
12 Dekabr 2017
11 Dekabr 2017
09 Dekabr 2017