Ərlərini və sevgililərini döyən məşhur qadınlar - FOTO

Ailem.az axşam.az-a istinadən ərlərini və sevgililərini döyən məşhur qadınları təqdim edir:



Hillari Klinton – siyasətdə olduğu kimi, ailədə də idarəçilik onun əlindədir. Xüsusilə əri Bill Klintonun onu Monika Belinski ilə aldatdığını biləndən sonra Hillari Billin həyatını cəhənnəmə döndərib. 2015-2016-cı illərdə tez-tez mübahisə edən cütlük bir-birilərinə əl də qaldırıb. Məlumata əsasən, Hillari bir neçə dəfə Billə sillələr də vurub.

 

İngiltərəli model Kelli Bruk indiyədək ərə getməsə də, bir neçə dəfə sevgili dəyişib. O, ərə getməməsinin səbəbini də açıqlayıb. Kelli hələ də istədiyi güclü kişini tapa bilmədiyini vurğulayıb. O deyib ki, hətta iki sevgilisini mübahisə zamanı döyüb də. Bildirilir ki, onun ilk qurbanı aktyor Ceyson Stetham olub. 

 

Aktrisa Emma Roberts deyilənə görə, heç kimlə yola getmir. Hətta 5 il aktyor sevgilisi Evan Pitersin ona necə dözdüyü hamıya maraqlı gəlirdi. 2012-ci ildə bir serial çəkilişləri zamanı tanış olan cütlük bir il sonra Kanadaya tətilə yollanıb. İlk böyük mübahisə orada yaşanıb. Hətta oteldə qışqırıq səsinə polis də çağırılıb. Şahidlərin sözlərinə əsasən, Emma Evanı dayanmadan döyüb.

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018