Cins şalvarları yumayın... – FƏRQLİ TƏMİZLƏMƏ ÜSULU

Paltaryuyan maşında tez-tez yuyulan cinslər zamanla yıpranır və rəngi solur. Amma  Ailem.az sizə çox fərqli bir məsləhət verəcək. Bu məsləhət sayəsində cins şalvarlarınızı su və yuyucu vasitə istifadə etmədən təmizləyə biləcəksən.

 

Bir cins şirkətinin səlahiyyətlisi istehsal etdikləri şalvarların tez-tez yuyulmasına ehtiyac olmadığını, özünün də artıq bir ildir geyindiyi şalvarın yuyulmadığını söyləyib.

O, cins şalvarları yumadan təmizləyə biləcəyiniz qəribə bir üsul açıqlayıb.

 

Daha az su istifadə edərək, cinslərin uzun illər istifadə edilə biləcəyini irəli sürən şirkət, 2011-ci ildən bəri müştərilərini cins şalvarlarını daha az yumaları barədə məlumatlandırır. 

 

Cinslərinizi dondurun


Cinsinizin üzərini fırçalayıb təmizləyin, plastik bir çantanın içinə düzgün bir şəkildə yerləşdirib soyuducunun buzluğuna qoyun. Beləliklə, səhər tərtəmiz bir şalvar geyinəcəyinizə əmin olun.

 

 

LENT

23 Oktyabr 2017
21 Oktyabr 2017
20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017