Gözəl qalmaq istəyirsinizsə, bu səhvləri etməyin - XANIMLAR, OXUYUN

Hər xanım gözəl və qüsursuz dəriyə sahib olmaq istəyir. Bunun üçün müxtəlif qulluq vasitələrindən istifadə edən xanımlar da çoxdur. Ancaq dəriyə qulluq etdikdə belə, bu səhvlərə yol vermək mümkündür. Ailem.az dəriyə qulluq zamanı edilən 10 səhvi diqqətinizə çatdırır.

 

Günəş qoruması olmayan nəmləndiricidən istifadə etmək

 

İlin hər vaxtı istifadə etdiyiniz nəmləndirici kremlərin ən az 15 faizi günəşdən qoruma tərkibli olmalıdır.

 

Makiyajı təmizləməmək

 
 

Gün ərzində edilən makiyajı gecəyə qədər üzdə saxlamaq çox zərərlidir. Bu zaman ərzində məsamələr bağlı olduğundan yaranan bakteriyalar iltihab və qızartıya səbəb olur. Makiyajla yatmamağa diqqət edin. Axşam makiyaj edəcəksinizsə, səhər etdiyiniz makiyajı təmizləyəndən sonra edin.

 

Üzü yumazdan əvvəl əlləri yumaq

 

Əgər əllərinizi yumadan üzünüzü yusanız, gün ərzində əlinizdə yığılan bütün bakteriya və mikrobları üzünüzə yerləşdirmiş olursunuz. Bu hərəkət də dərinizdə iltihab və qızartılara səbəb olar.

 

Daim eyni nəmləndiricidən istifadə etmək

 

İstifadə etdiyiniz nəmləndiricini mövsümə görə dəyişmək lazımdır. Qışda daha yağlı və qatı bir nəmləndiricidən istifadə etdiyiniz halda, yayda daha su tərkibli və yüngül, günəş qoruyucu baxımından daha güclü olan bir nəmləndirici istifadə etməlisiniz.

 

Yaşlanmaya əleyhinə olan vasitələrə gec başlamaq

 

Yaşlanmaya qarşı vasitələrdən istifadə etmək əsla erkən deyil. Yaşınıza uyğun məhsulu seçmək üçün əvvəlcə dermatoloqa müraciət edin və dəri tipinizə uyğun vasitələri istifadə edin.

 

Boynunuza diqqət etməmək

 

Boyun yaşlılıq izlərini ilk gözə çarpdıran nahiyələrdəndir. Dəri baxımı zamanı boyun nahiyənizi unutmayın.

 

Mütəmadi olaraq dermatoloqa getməmək

 

Dərinizdə bir problem olmasa da, ildə ən az bir dəfə dermayoloqa getməlisiniz. Əgər problemli dəriyə sahibsinizsə, daha tez-tez həkimə getməli və mütəmadi olaraq test etdirməlisiniz.

 

Diqqətli qurulamamaq

 

Xüsusilə həssas və quru dərilərdə qurulamağa çox diqqət edilməlidir. Uzun müddət və sərt edilən qurulama işləri qırışlara səbəb ola, ya da olan qırışıları daha da artıra bilər.

 

Qazlı içkiləri çox içmək

 

Mineral içkilər, kola, digər qazlı içkilərdən istifadə də problemlər yaradır. Çox qazlı içki içmək həm orqanizmə, həm də dəriyə zərər verir. Tərkibindəki turşu və şəkər dərini yaşlandırır.

 

Sızanaqları sıxmaq 

 
Sızanaqları sıxaraq həm bakteriyaları ətrafa yayır, həm də əlinizdəki bakteriyaları üzünüzə sürtmüş olursunuz. 

 

LENT

21 Oktyabr 2017
20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017