Yallı qoyun, lama, çəhrayı qutan... ZOOPARKA YENİ HEYVANLAR GƏTİRİLİB

“Özbəkistan Respublikası Daşkənd Zooparkı ilə apardığımız danışıqlar müsbət nəticələndi. Belə ki,  müqavilə əsasında parkımıza  yallı qoyun, quzğun, lama, yapalaq çəhrayı qutan gətirilib”.

 

Ailem.az modern.az-a sitinadən bildiriri ki, bu məlumatı Bakı şəhər Zooloji Parkının şöbə müdürü Aynur Hacıyeva bildirib.

 

O deyib ki, həmin heyvanlar Zooparkın şəraitinə uyğunlaşıb: “Qeyd edim ki, hər heyvandan bir ədəd gətirilib. Hazırda Bakı Zooloji Parkında 1200 başdan çox heyvan və quş saxlanılır. Soyuq havalarla əlaqədar heyvanların müdafiəsi üçün zooparkda müəyyən tədbirlər görülür. Belə ki, heyvanların və quşların olduğu valiyerlərdə artıq yavaş-yavaş istilik sistemi quraşdırılır. Eyni zamanda müəyyən quş növləri var ki, onların qəfəslərində şifer örtücüləri ilə yuva düzəldilib”.

 

 

LENT

23 Oktyabr 2017
21 Oktyabr 2017
20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017