Vanilli, portağallı qara üzüm mürəbbəsi - RESEPT

Üzüm yeməyi çoxumuz sevirik. Xüsusən də qara üzümün orqanizmə nə qədər faydalı olduğunu bilirik. Bəs onun mürəbbəsini də sevirsinizmi? Ailem.az sizə qara üzüm mürəbbəsinin hazırlanma qaydasını təqdim edir. Hazırlanma prosesi asandır və çox vaxt aparmır, üstəlik dadı da xoşunuza gələcək.

Hazırlanma vaxtı: 15-20 dəqiqə

Bişirmə vaxtı: 25 dəqiqə

 

Lazım olanlar:

 

• 1 kq qara üzüm (saplağından təmizlənmiş xalis çəki olmalıdır)

• 500 qram şəkər tozu

• 1 portağalın suyu

• 1 stəkan su 200 ml

• 1 çay qaşığı limon tuzu

• 2 ədəd vanil

 

Hazırlanması:

 

İlk növbədə üzümü ləyəndə suyun içində 15 dəqiqə saxlayın ki, üstündə torpaq qalmasın. Sonra təmiz yuyub süzün. Üzüm, şəkər tozu, portağal suyu və suyu dərin bir qazana əlavə edin. Su salıb şirəyə düşənə qədər vam odda, daha sonra orta odda bişirin. Qaynara düşəndən sonra 20-25 dəqiqə bişirin. Sonda limon duzu və vanil əlavə edib, 3-4 dəqiqə də bişirin.

Bir qaşıq mürəbbə götürüb boşqaba qoyun və soyuması üçün 15 dəqiqə soyuducuda saxlayın. Soyuyandan sonra bal kimi qatı olubsa, deməli, hazırdır. Əgər çox suludursa, 3-4 dəqiqə də bişirin.

 

Mürəbbə tam soyuyandan sonra ağzı bağlı şüşə qablarda sərin yerdə saxlayın.

 

Nuş olsun!

 

LENT

23 Oktyabr 2017
21 Oktyabr 2017
20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017