Türkiyəli ilə ailə quran aktrisamız: “İlk həyat yoldaşı bizi şantaj edir”

Türkiyə vətəndaşı ilə ailə qurub, İstanbula köçən aktrisa Cəmilə Tağıyeva həyat yoldaşının ikinci xanımı olması barədə yayılan xəbərlərə aydınlıq gətirib.
 

Ailem.az-ın məlumatına görə, musavat.com saytına açıqlama verən aktrisa həyat yoldaşının birinci evliliyindən xəbərdar olduğunu deyib: “Həyat yoldaşımın daha öncə evlənib boşandığını bilirəm. Bir ilə yaxın evli olublar. 4 ildir ki boşanıblar. Uşaqları da var. Qadın hər yerdə deyir ki, uşaq xəstədir, yoldaşım ona baxmır. Yalandır, sadəcə pul almaq istəyir. İkimizi də şantaj edir. Deyir, pul verməsəniz, ikinizi də biabır edəcəyəm. Mənə yazsa da, cavab vermirəm. Həyat yoldaşım onu məhkəməyə verib, mən də məhkəməyə müraciət edəcəyəm. Hamıya yalandan deyir ki, uşağım xərçəng xəstəsidir. Amma elə deyil. Uşaq sağlamdır. Yoldaşım uşağına vaxt da ayırır, maddi kömək də edir. Qadın biznes qurub, batırıb. Yoldaşım evli olarkən ona 100 min pul verib. Biz qanunla danışacağıq”.

 

Qeyd edək ki, aktrisa Türkiyə vətəndaşı olan Murad Təmizlə ailə həyatı qurub. Cütlüyün İstanbulda da nikah mərasimi baş tutub. 
 

M.Təmizin keçmiş həyat yoldaşı Azərbaycan xəbər portalları ilə əlaqə saxlayaraq cütlük haqqında müxtəlif iddialar səsləndirib. 

 

LENT

21 Oktyabr 2017
20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017