Ev boyasında yeni trend: QARA

2018-ci ildə ev dekorasiyasının rəngi bəlli oldu.

Ailem.az bildirir ki, məşhur memar Shaynna Blaze önümüzdəki il divar boyalarının qara olacağını söyləyib.

 

 

Qara ən cürətli dekoratorlar üçün belə, iç qaraldıcı bir rəng olsa da, Shaynna Blaze açıq rəngli, dəri və ağac mebellər üçün mükəmməl bir platform yaratdığını söyləyib: “Qara atəşi” o qədər uyğundur ki, həm güclü ağ və bozlarla, həm də daha isti tonlarla möhtəşəm bir ahəng yaradır".

 

"Daily Mail"ə danışan Shaynna "Qara atəşi" deyə adlandırdığı tonun hər otaq üçün necə istifadə olunmasını da anladır. Salonda televizorun bağlı ikən itməsi üçün qara boyanın divarda istifadəsini məsləhət görür. Bununla mebellər salonun əsl diqqət mərkəzinə çevriləcək.

 

 

Yataq otağında isə güc və yumşaqlığın tarazlığını qorumaq üçün dəri və ağ aksessuarlarla istifadə olunması lazımdır. Qaranın, parçaların yumşaqlığını vurğuladığını söyləyən Shaynna, həmçinin, divarlara asılan tablolara ağ çərçivə seçilməsini tövsiyə edir.

 

LENT

21 Oktyabr 2017
20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017