Darçınlı peçenyeni özünüz hazırlayın - ASAN RESEPT

Evdə hazırlanan şirniyyatların dadından doymaq olmur. Ailem.az evdə asan hazırlaya biləcəyiniz dadlı darçınlı peçenyenin reseptini verir.

 

Lazım olanlar:

 

Un

250 qr kərə yağı

Kiçik əzilmiş qoz və ya fındıq

1 paket qabartma tozu

1 paket vanil

2 çay qaşığı darçın (yarım çay qaşığı da xəmiri üçün)

1 yumurtanın ağı

1 stəkan duru yağ

1 stəkan şəkər tozu

 

Peçenyeni kəsmək üçün müxtəlif formalı fiqur

 

Hazırlanması:

 

Sobanı əvvəlcədən 160-170 dərəcədə isidin. Verilən vasitələri bir qabda yaxşıca qarışdırıb yoğurun. Yumşaq xəmir alındıqda onu orta ölçülü kündələrə ayırın. Həmin kündələri nisbətən qalın yayaraq fiqurlarla kəsin. Soba qabına yığıb 20 dəqiqə bişirin. Bişdikdən sonra 3 yemək qaşığı şəkər tozu ilə 2 çay qaşığı darçını qarışdırıb bişən peçenyeləri bu qarışıma batırın. Artıq peçenyeləriniz çayla içilməyə hazırdır.

 

Nuş olsun!

LENT

21 Oktyabr 2017
20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017