“Az təhsilli qadınlar daha çox zorakılığa məruz qalır” – KOMİTƏ SƏDRİNDƏN AÇIQLAMA

“Məişət zorakılığı ilə bağlı məlumat bankına toplanmış məlumatların təhlili göstərir ki, az təhsilli və iqtisadi asılılığı olan qadınlar daha çox zorakılığa məruz qalırlar”.

 

Ailem.az Trend-ə istinadən xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova məişət zorakılığı ilə bağlı elektron məlumat bankının təqdimatında çıxış edərkən deyib.

Onun sözlərinə görə, buna görə də qadınların, xüsusilə kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakı daha da gücləndirilməlidir: "Bu məqsədlə Komitə BMT-nin İnkişaf Proqramı ilə birlikdə işlər aparır. Araşdırma nəticəsində məlum olub ki, bir çox uşaqlar təhsildən yayınıb. Biz belə halların qarşısının alınması sahəsində preventiv tədbirləri daha da gücləndiririk. Zorakılığın qarşısının alınması Ailə İnstitutunun möhkəmlənməsi deməkdir. Məhz bu baxımdan zorakılığa məruz qalan ailə üzvlərinə psixoloji, tibbi, hüquqi yardımın göstərilməsi vacibdir".

H.Hüseynova bildirib ki, erkən nikahlar, gender əsaslı zorakılıq, məişət zorakılığı sahəsində hələ çox işlər görülməlidir.

 

LENT

21 Oktyabr 2017
20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017