Qırmızı soğanın 10 FAYDASI

Qırmızı soğan ən faydalı soğan növü sayılır. Ailem.az saglamolun.az-a istinadən qırmızı soğanın 10 faydasını təqdim edir.

 

1. Antosian maddələri ilə zəngin olan qırmızı soğan damarların divarlarını möhkəmləndirir və bununla da ürək-damar sistemi xəstəliklərinin riskini azaldır.

 

2. Xolesterolu aşağı salır.

 

3. Həzmi yaxşılaşdırır, arıqlamağa kömək edir.

 

4. Qanın tərkibini yaxşılaşdırır, qanazlığı zamanı faydalıdır.

 

5. Qanı duruldur, damarlarda trombların əmələ gəlməsinin qarşısını alır.

 

6. Qan təzyiqini və qanda şəkəri aşağı salmaq təsirinə malikdir.

 

7. Qurdları öldürür.

 

8. İmmuniteti gücləndirir, mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabı azaldır.

 

9. Xərçəng əleyhinə təsir edir.

 

10. Boğaz iltihabı, öskürək, bronxit zamanı ən yaxşı dərmanı soğan suyunun bala qarışdırılaraq yeyilməsidir. Gündə 3 xörək qaşığı yeyilməlidir.

 

LENT

12 Dekabr 2017
11 Dekabr 2017
09 Dekabr 2017
08 Dekabr 2017
07 Dekabr 2017
06 Dekabr 2017