Payızda cazibədar görünməyin SİRLƏRİ

Fərqli və gözəl paltarlar geyinərək, payızın soyuq havalarında da özünüzü yaz əhval-ruhiyyəsində hiss edə bilərsiniz. Ailem.az payızda cazibədar olmaq üçün bəzi məsləhətlər verir.

 

Toxunma paltar

 

Toxunma bir hissədən və eyni rəngdən ibarət paltarlar sizə cazibədarlığı və rahatlığı bir arada yaşamağa kömək edəcək.

 

Damalı paltar

 

Payız dedikdə ağlımıza damalı parçadan olan paltarlar gəlir. Bir bot və dəri çanta ilə kombinələyəcəyiniz damalı paltar sizə cazibədarlıq verəcək.

 

Uzun paltar

 

Uçuşan incə, uzun paltarlar gözəl bir dəvətdə diqqətləri üzərinizə çəkəcək. Bel kəmərləri bu paltarların olmazsa olmazlarından.

 

Qısa paltar və tüklü üst geyimi

 

Bu il çox dəbdə olan tüklü üst geyimləri mini paltarla kombinələndiyində xoş və gözəl bir görünüş bəxş edir.

 

Parlaq qırmızı paltar

 

Yazlıq parlaq qırmızı paltarınız varsa, mikro corab və uzun çəkmələrlə bu paltarı payız üçün uyğun bir hala gətirə bilərsiniz.

 

Şifon paltar

 

Həm cazibədar, həm rahat bir görünüş üçün şifon paltarı idman ayaqqabınızla uyğunlaşdırın.

 

Qələm paltar

 

Sərin bir payız axşamında klassik bir görünüş üçün hündürdaban ayaqqabılarınızı düz paltarınızla kombinələyin.

 

Gündəlik paltar

 

Eynək, qırmızı pomada və mini çanta ilə sadə bir paltarla cazibədarlığı yaxalaya bilərsiniz. 

LENT

21 Oktyabr 2017
20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017