Azərbaycanda unikal əməliyyat: Ana bətnində dölə qan köçürüldü

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında hələ ana bətnində olan döldəki problem aradan qaldırılıb. Xəstə klinikanın mama-ginekologiya şöbəsinə müraciət edib. Həmin şöbənin müdiri Turab Canbaxışovun Ailem.az-a verdiyi məlumata görə, xəstə hamiləliyin əvvəlində klinikaya gəlib: “Bu, xanımın 4-cü hamiləliyi idi. Birinci hamiləliyindən sağlam bir qız övladı dünyaya gəlib, ikinci dəfə uşaq doğulduqdan sonra vəfat edib, üçüncü döl bətndə tələf olub. Xanımda həyat yoldaşı ilə qan uyğunsuzluğu problemi var idi. Adətən belə uyğunsuzluq zamanı anaya xüsusi iynə vurulmalıdır. Görünür, bu halda həmin dərman vurulmayıb, yaxud da təsir göstərməyib”.

 

Xəstə ATU-nun Tədris Cərrahiyyə Klinikasında nəzarətdə saxlanılıb. Hamiləliyin 24-cü həftəsində ultrasəs müayinəsi nəticəsində döldə maye yığıldığı müşahidə olunub: “Bu, dölün qan damarında parçalanmanın bir əlamətidir. İlk dəfə 24 həftəlikdə qan köçürməsi etdik. Alınan nümunələrdən vəziyyətin kritik olduğu göründü, dölün qan dəyəri 140-dan yuxarı olmalı halda, 17 idi. Vurulan qan sayəsində nəticə 160-a qalxdı. Həmin prosedur 27-ci və 32-ci həftələrdə təkrarlandı. Çünki bizim verdiyimiz qan özündə qan əmələgətirmə qabiliyyətinə malik deyil və müəyyən dövr sonra parçalanır. Nəhayət, 36-cı həftədə qeysəriyyə əməliyyatı ilə doğuşu həyata keçirdik”.

 

Nəticədə 2.6 kq çəkili sağlam bir övlad dünyaya gəlib. Körpə 3 gün klinikanın neanotologiya şöbəsində qaldıqdan sonra evə buraxılıb.

 

T.Canbaxışovun sözlərinə görə, Azərbaycanda artıq 5-ci uşaqdır ki, bu əməliyyatın köməyilə sağ-salamat doğulub: “Sayca artıq 17-ci dəfədir ki, ana bətnində dölə qan köçürürük. Qan köçürülməsi də kiçik bir əməliyyat sayılır. Ana ağrı hiss etməsin deyə yatırılır, sonra iynə ilə göbək ciyəsindən girərək, dölün qan dəyərlərini ölçürük. Və ona uyğun dəyərdə qan ötürürük”.

 

LENT

21 Oktyabr 2017
20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017