Pediatrdan ketotifenlə bağlı XƏBƏRDARLIQ - Körpəyə bu dərmanı vermək CİNAYƏTDİR

Uşaqların yuxusuz qalması valideynlərin vacib problemlərindən biridir. Bunun üçün bəzən analar həkim təyinatı olmadan bir sıra dərman preparatlarından istifadə edirlər. Onlardan biri də anaların bir-birlərinə məsləhət bildiyi və "köməkçi yuxu dərmanı” sandıqları ketotifendir.

 

Bəs ketotifendən istifadə nə qədər doğrudur?

 

Ailem.az-ın məlumatın agörə, medicina.az-a açıqlama verən pediatr Xəyalə Quliyeva "ən gözəl yardımçı” olan ketotifenin törədə biləcəyi kəskin fəsadlardan danışıb.

 

Həkimin sözlərinə görə, analar övladlarında yuxusuzluğu müşahidə etdikləri zaman bunun səbəblərini araşdırmadan ketotifen verirlər: "Analar bilməlidir ki, ketotifen yuxu dərmanı deyil, allergiya əleyhinə dərman preparatıdır və göstərişsiz istifadəsi uşağa zərər vurar. Göy öskürəklər uşaqda müşahidə olunarsa və başqa dərmanlar effektini göstərməzsə, o zaman bu dərman son çarə kimi yazıla bilər”.

 

"Analara tövsiyə edirəm ki, kim bu dərmanı vermək istəyərsə, birinci özü içsin, rahatlayarsa və problem çıxmazsa, o zaman uşağına da versin. Ancaq bilirəm ki, bir dəfə dərmanı qəbul edən ana ikinci dəfə istifadə etməz”, - deyə pediatr bildirib. 

 

Uşaqlarda yuxu problemi ümumiyyətlə diaqnoz deyil. Yuxu pozğunluğunun hansısa xəstəliyin əlaməti ola biləcəyini və ya normal hal kimi dəyərləndirilə biləcəyini deyən Quliyeva, uşaqların ilkin adaptasiya dövründə yuxu problemi yaşaya biləcəyini qeyd edib.  

 

"6 aydan sonra diş çıxarma prosesi başlayır. Buna görə yuxusuz qala bilərlər. Anemiyalar, qeyri-düzgün qidalanma zamanı da bu hal yaşana bilər. Bəzən körpələrə gecə 11-də kaşa və ya sup verilir, təbii ki, bu zaman uşaq yatmayacaq. Belə hallarda o dərmandan istifadə etmək cinayətdir”, - deyə Quliyeva vurğulayıb. 

 

Həkim dərman preparatının zərərlərindən də danışıb: "Ketotifen sinir siteminə mənfi təsir edərək əqli inkişafda geriləmə yarada bilər. Həkim göstərişi olmadan istifadə etmək qəti şəkildə olmaz. Çünki yuxu dərmanı deyil, anaların köməkçisi deyil. Yuxu pozğunluğu varsa, pediatrla birgə səbəbini araşdırmaq lazımdır”.

 

Qeyd edək ki, ketotifen asılılıq yaradan dərman preparatıdır ki, uşaq öyrəşdikdən sonra həmin dərman olmadan yata bilmir.

 

LENT

12 Dekabr 2017
11 Dekabr 2017
09 Dekabr 2017
08 Dekabr 2017
07 Dekabr 2017
06 Dekabr 2017