Fərqli dad: susuz un halvası - RESEPT

Fərqli dadlarda şirniyyat yeməyi hər birimiz xoşlayırıq. Fərqli dadda şirniyyat yemək istəyirsinizsə, Ailem.az-ın bu reseptini sınayın. Sizə susuz un halvasının reseptini təqdim edirik.

 

Lazım olanlar:

 

500 qram un

250 qram pudra şəkəri

400 qram kərə yağı

1 çay qaşığı rəndələnmiş limon

150 qram iri döyülmüş fındıq

1 paket vanil

 

Hazırlanması:

 

Unu bir qazana tökün, az odda yavaş-yavaş, rəngi dönənə qədər qovurun. Yağı ayrı bir qabda yumşalana qədər otaq temperaturunda saxlayın. Xəfifcə qovrulmuş unun içinə yumşaldılmış kərə yağını tökün və qovurmağa davam edin. Digər yandan iri döyülmüş fındığı əlavə edərək, daha az odda qovurun. Un və yağ yumşalıb asan qarışmağa başlayanda halvanı ocaqdan götürün. Dərhal halvanın içinə zaman pudra şəkəri, vanil və limon rəndəsini tökün və qarışdırın. İsti-isti qaşığa doldurub üzərinə başqa bir qaşıqla basın. Forma verdiyiniz halvaları düz bir boşqaba sıra ilə düzün.

 

Nuş olsun!

 

 

 

LENT

19 Fevral 2018
17 Fevral 2018
16 Fevral 2018
15 Fevral 2018
14 Fevral 2018
13 Fevral 2018