Aysel Əlizadə: "Elə kişiyə gedərəm ki, hər şeyimi təmin etsin"

"Mən Aysel Əlizadə olaraq çox şükür öz ayaqlarım üstə durmağı bacarıram. Bu gün mənim müəyyən qədər qazancım var. Heç Aysel Əlizadə olmasın, olsun hansısa xanım. Heç müğənni deyil. Açıq danışacam. İki-üç min qazanan insan bu məbləğdə qazanca, bu yaşayış tərzinə öyrəşib. Bu insanın ailə qurma şansı yaranır. Ailə quracağı insan isə ayda heç 300-400 manat qazanmır. Amma deyirlər ki, sən kasıb oğlana gedərsən? Mən məntiqlə başa salmaq istəyirəm ki, elə adama gedərəm ki, həyatımı eyni şəkildə yaşamağım üçün lazım olan hər şeyi təmin etsin. Ailə quracağım insan indi necə yaşayıramsa, bax, o həyatı mənə yaşada bilməlidi. Yoxsa mən depressiyaya düşərəm".

 

Ailem.az-ın məlumatına görə, bunu "ARB Ulduz"un "Şou məkan" verilişinin qonaq olan müğənni Aysel Əlizadə deyib.

 

O, insanın sevgisiz yaşamadığını bildirib: "İnsan sevgisiz yaşaya bilməz. Bu şərt deyil ki, qarşı tərəfdə mütləq kimsə olmalıdır. İnsanın həyatda sevdiyi şəxs olmalıdır. Onun üçün özəl olmalıdır, onun üçün yaşamalıdır. Bu, önəmli hisslərdir. O yoxdursa, insanın həyatda zövq alacağı nəsə olmalıdır. İnsan yaxınını, doğmasını da sevə bilər. Onların sevgisiylə də yaşaya bilər".


Aysel Əlizadə günlərlə ac qaldığını da etiraf edib: "Bu gün çox yemişəm. Bundan sonra 2-3 gün yeməyə ara verəcəm. Ürəyim bu gün dəhşətli dərəcədə yemək istədi. Paxlava yemişəm, plov yemişəm, halva yemişəm. Hamısı da ki kaloridir. Artıq sabah, birisi gün yemək yeməyəcəm. İdmanla məşğul olacam. Əvvəllər yarım saat qaçırdımsa, indi 1 saat qaçacam".


 

 

LENT

12 Dekabr 2017
11 Dekabr 2017
09 Dekabr 2017
08 Dekabr 2017
07 Dekabr 2017
06 Dekabr 2017