Quru dəriniz varsa, bu məsləhətləri OXUYUN

Quru dəri bəlkə də qulluğu ən çətin olan dəri tipidir. Quru dəriniz varsa, qabıqlanırsa və toxunduğunuzda dərinizin sərtliyindən narahatsınızsa, Ailem.az-ın bu məsləhətlərinə əməl edin.

 

Dərinizi günəşdən qoruyun

 

Ultrabənövşəyi şüalar hər dəri tipi üçün təhlükəlidir. Ancaq bu təhlükə xüsusilə quru dəri tipləri üçün daha çoxdur. Quru dəriyə sahibsinizsə, günəş qoruyucu krem istifadə etmədən günəşə çıxmayın. Uzun müddət günəş şüalarına məruz qalmamağa diqqət edin.

 

Nəmləndirməni yaddan çıxarmayın

 

Gün ərzində mütləq, ağlınıza gəldikcə dərinizi nəmləndirməlisiniz. Xüsusilə gecə yatmazdan qabaq nəmləndirici sürtsəniz, səhər daha təravətli bir dəriylə oyana bilərsiniz. Dəri tipinizə uyğun dəri yağları da yenə quru dəriyə qarşı təsirli bir vasitədir.

 

 

Su istiliyini yaxşı tənzimləyin

 

Cild çox istiliyə və ya çox soyuğa məruz qaldığında transepidermal su itkisi artır və dəri daha çox quruyur. Buna görə duş alarkən su istiliyini yaxşı tənzimləməlisiniz. Soyuq su qan dövranını artıracağı üçün hər zaman daha yaxşı bir seçimdir.

 

 

LENT

21 Oktyabr 2017
20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017