“Məişət zorakılığına yox deyək!"

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və YUNESKO “Məişət zorakılığına yox deyək!“ mövzusunda təlim keçirib.

 

Ailem.az bildirir ki, təlim “Natamam təhsilli qaçqın və məcburi köçkün qızların məşğulluq imkanlarının və peşəkar hazırlığının  gücləndirilməsi” adlı layihə çərçivəsində baş tutub.

 

İştirakçılara məişət zorakılığının qarşısının alınması, sözügedən sahə üzrə ölkəmizdə mövcud olan qanunvericilik və zorakılığa məruz qalan insanlara sosial – psixoloji və hüquqi xidmətlərin göstərilməsi, məişət zorakılığı üzrə monitorinq qruplarının fəaliyyətləri barədə ətraflı məlumat verilib. Təlimin keçirilməsində məqsəd qaçqın və məcburi köçkün qızlar və onların ailə üzvlərinin məişət zorakılığının qurbanına çevrilməməsinin qarşısının alınması üçün maarifləndirmə işinin aparılması olub.

 

Təlim iştirakçıları müzakirələr zamanı aktiv iştirak edərək bu məsələdə profilaktik tədbirlərin sayının artırılmasının vacibliyini vurğulayıblar. Həmçinin, bu sahə üzrə maarifləndirmə işinin mütəmadi olaraq aparılması fikri iştirakçılar tərəfindən irəli sürülüb.

 

İştirakçılara cəmiyyətdə zorakılığın qarşısının alınması istiqamətində 22 iyun 2010-cu ildə qəbul olunmuş “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun, həmçinin məişət zorakılığı baş verəndə müraciət etmə qaydaları, mühafizə orderi və s. haqqında ətraflı məlumatlar verilib və onlara bu mövzuda bukletlər paylanıb. 

LENT

12 Dekabr 2017
11 Dekabr 2017
09 Dekabr 2017
08 Dekabr 2017
07 Dekabr 2017
06 Dekabr 2017