10 il sahibinin yolunu gözlədi: Dünyanın ən sadiq itinin hüznlü hekayəsi

Bu yazımızda sizlərə Yaponlar tərəfindən çox sevilən və ağıllara gəldikdə hüznlə xatırlanan sevimli it Hatikonun hekayəsini danışacam.

 

1925-ci ildə Tokioda bir universitet müəllim olan Ueno Eizaburoya bir keçmiş tələbəsi krem rəngində it hədiyyə edir. Hatiko adlanan bu it hər səhər professoru Şibuya stansiyasından işə yola salıb, işdən qayıdana qədər stansiyada onun yolunu gözləyir. Günlərin birində professor işlədiyi universitetdə infarkt keçirir və ölür. Bu hadisə Hatikonun on il davam edəcək olan ümidsiz gözləntisinin başlanğıcı olur. Çünki Hatiko həmin gündən düz 1935-ci ilə, öldüyü günə qədər hər gün eyni zamanda, eyni məkanda sahibini qarşılamağa gedir.

 

Sadiqlik rəmzi

 

Yapon adətlərinə görə, ərləri ölən qadınlar yenidən evlənmirlər. Professor Eizaburonun arvadı da əriylə birlikdə yaşadıqları evi satıb, atasının yanına yerləşir. Professorun evi başqasına satılsa da, Hatiko evdən əl götürmür, gecələrini o evin qapısının önündə yataraq keçirir, kimsə onu bundan döndərə bilmir. Eizaburonun keçmiş bağbanı və məhəllə sakinlərinin köməyi ilə həyatını davam etdirir, sahibinin yasını tutur.

 

9 il sahibini gözləyir...

 

Hər gün sahibini görmək ümidi ilə metro stansiyasına gələn it sahibini görmədiyi üçün həmin metro stansiyasında gecələyirdi. Bir neçə dəfə professorun yaxınların və dostları iti öz evlərinə aparmağa cəhd etsələr də, it qaçaraq həmin metro stansiyasına gəlirmiş. Bu hal 9 il ərzində hər gün təkrarlanmışdı. Bir gün Hatikonun cəsədi metro stansiyasının yaxınlığında hərəkətsiz qatarın altında aşkarlanmışdır.

Milli matəm

 

Təqvimlər 1933-ü ili göstərəndə Hatiko artıq yaşlı və yorğun görünür. Hər gün iki dəfə eyni uzun yolu getmək ona çətin gəldiyindən elə Şibuya stansiyasında yaşamağa başlayır. Hər kəsin onsuz da illərdir tanıdığı bu iti stansiya rəisi himayəsinə alır. Məhz stansiya rəisinin səyi, dövrün məşhur aktrisası Yoşi Kavadanın maddi dəstəyi ilə stansiyanın yanında Hatikonun oturub sahibini gözlədiyi vəziyyətdə bürünc heykəli ucaldılır. Və Hatiko qalan bir neçə aylıq ömrünü öz heykəlinin qarşısında gözləyərək keçirir. Ölüm xəbəri isə Yaponiyanın bütün qəzetlərində dərc edilir, eyni zamanda o gün milli matəm elan edilir.

 

Hatikonun bürünc heykəli ikinci dünya müharibəsi zamanı ehtiyac səbəbiylə əridilir, ancaq müharibə bitdikdən sonra yenidən hazırlanaraq yerinə qoyulur.

 

Hatikonun bağlılıq, itaət və səbrinin yapon ruhuna, yapon idealına yaxın olmasının onun bir milli qəhrəman halına gəlməsində təsiri böyükdür. Heykəli yerli və xarici turistlər ziyarət edir, həmçinin, hər il Şibuya stansiyasında Hatikonun adına mərasim təşkil olunur.

 

Son

 

Bax belə... Hekayəsini yazarkən belə gözlərim dolur, yaza bilmirəm. İnsan ilk öncə, "Nə olmuş yəni, uzaq başı bir it” deyə bilər. Amma önyarğılı olmaq lazım deyil. Bu elə-belə hekayə deyil. Hatiko, bəlkə də bu günə qədər dünyanın ən sadiq itidir.

Hatikonun motivləri əsasında iki film çəkilib. Birini Hollivud, digərini isə yaponlar. Hollivudun çədiyi filmi qətiyyən bəyənmədim. Hər zamankı kimi duyğusuz, şablon, qeyri-səmimi səhnələrlə zəngin bir amerikan filmi... Ancaq yaponların çəkdiyi film səmimi, ciddi, anlamlı və duyğusaldır.

Bu gözəl itin hekayəsini bildikdən sonra ağlıma bir şey gəldi, ki, əslində çox alışılmış bir şey... Sizlərdən soruşuram, biz, hansımız dostumuzu bu qədər sevdik? Bu qədər sədaqətli olduq? Varmı elə bir dostunuz? Kim bir dostunu bu qədər, illərcə gözləyər? Məncə heç kim...

1987-ci ildə çəkilmiş "Hatikonun taleyi" filmi bu köpəyin taleyindən bəhs edir. Sonradan 2009-cu ilə bu filmin remeyki olan "Hatiko, bir itin taleyi (film, 2009)" filmi çəkilmişdir.

Hatikonun taleyinə "Futurama" cizgi serialının seriyalarından biri olan Jurassic Bark da həsr olunub.(adalet.az)

 

LENT

12 Dekabr 2017
11 Dekabr 2017
09 Dekabr 2017
08 Dekabr 2017
07 Dekabr 2017
06 Dekabr 2017