Bu ölkədə cins şalvar, persinq, saç boyası QADAĞANDIR

Hər bir ölkənin özünəməxsus adət-ənənələri, qayda-qanunları var.


Ailem.az axşam.az-a istinadən xəbər verir ki, dünyada ən sərt qayda-qanunların qoyulduğu ölkələrdən biri də Şimali Koreyadır.

Belə ki, yolunuz adı çəkilən ölkədən keçsə, bunları bilməyiniz vacibdir:


1. Burada prezident Kim Çen İnin saç düzümündən istifadə etmək qadağandır.

 

2. Dünyada iki ölkə var ki, orada koka-kola satılmır. Bunlardan biri Kuba, digəri Şimali Koreyadır.

 

3. Bu ölkədə saç boyamağa icazə verilmir.

 

4. “McDonald's”ın olmadığı yeganə ölkədir. Hətta bəzi koreyalılar həmin firmanın “fastfood”larından yemək üçün Çinə getmək məcburiyyətində qalırlar.

 

5. Burada 15 yaşına kimi qızlar küçədə cins şalvar geyinə bilməz.

 

6. Şimali Koreyada xarici filmlərə baxmaq qadağandır.

 

7. Ölkədə persinq taxmaq olmaz. Polislər bütün günü küçədə belə halların baş verməməsinə nəzarət edirlər.

LENT

17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017
14 Noyabr 2017
13 Noyabr 2017