SSRİ-də bütün kişilərin sevimlisinə çevrilən MARİANNA 65 yaşa çatdı - FOTO

Veronika Kastro… Yaşlı və orta nəsil bu adı yəqin ki, yaxşı xatrılayır… 80-ci illərdə bütün keçmiş SSRİ məkanında yayımlanan “Varlılar da ağlayır” teleserialının baş qəhrəmanını oynayan meksikalı aktrisa və müğənni...
 

Ailem.az modern.az-a istinadən bildirir ki, 80-ci illərin sonlarında yayımına icazə verilən Meksika serialları keçmiş SSRİ-də, sonralar isə postsovet məkanında geniş tamaşaçı kütləsi topladı. Kiçikdən böyüyə qədər hər kəs uzaq Latın Amerikasında cərəyan edən sevgi əhvalatlarını böyük həyəcan içində izləyirdi. O dövrdə serialların baş qəhrəmanlarının Azərbaycanda da çoxsaylı fanat ordusu yaranmışdı.


Veronika Kastro həmin ulduz aktrisalardan biri idi. O, 19 oktyabrda 65 illik yubileyini qeyd edib. Sovet tamaşaçıları onu “Varlılar da ağlayır” serialından Marianna kimi tanıyırlar.
 

1979-cu ildə istehsal olunmuş telenovella 80-ci illərin sonlarında bütün SSRİ-də böyük tamaşaçı auditoriyası toplamışdı.

Serialda qulluqçu Marianna Vilyareal atasını itirəndən sonra, ögey anası onu evdən qovur. Böyük bir sərvətin varisi olduğundan xəbərsiz olan bu biçarə qız səadəti üçün paytaxta gəlir. Sadəlövh Mariannanın başına min cür müsibətlər gəlir. Bütün Latın Amerikan seriallarında olduğu kimi, bu ekran əsərində də baş qadın qəhrəmanı kişilər öz aralarında bölə bilmirlər.

 

Veronika Kasto “Varlılar da ağlayır” serialında çəkilərkən 153 sm boya, 48 kiloqram çəkiyə malik zərif aktrisa idi. Bu serial onu bütün dünyaya tanıtdı. 
 

O zaman ilk 8 seriyadan sonra SSRİ-də televiziyaya rəhbərlik edənlər serialın yayımını dayandırmaq barədə qərar versələr də, “Ostankino”ya yağan tamaşaçı məktubları onları fikrindən daşındırdı. Nəticədə “Varlılar da ağlayır” serialının bütün 248 seriyası sovet teleməkanında yayımlandı.

 

“Varlılar da ağlayır” telenovellası hətta dünya miqyasında da serial sektorunun inkişafında bir trampilin rolunu oynadı. Hazırda serial bazarında özünəməxsus yer tutan Türkiyədə də o vaxtlar bu serial geniş izlənilirdi, hətta bir neçə faciəyə belə səbəb olmuşdu. Bu barədə Orxan Pamuk "Qar" romanında yazıb: “Qarsda dindar qızlar baş örtüsü geyindiklərinə görə universitetə buraxılmırlar. Artıq qızlardan bəziləri intihar etmişdi. Qarsa jurnalist kimi gəlmiş K.A. intihar etmiş qızlardan birinin ailəsi ilə söhbət zamanı öyrənir ki, qız intihardan qabaq " Marianna" serialına baxıb, bundan sonra otağına keçib intihar edib. Yəqin ki, sevgisi uğrunda mübarizə aparan Mariannanın cəsarəti ilə özünün çarəsizliyini müqayisə etdikdən sonra çıxış yolunu intiharda görmüşdü bədbəxt qızcığaz”.
 

Veronika Kastro 1952-ci ildə Mexiko şəhərində anadan olub. O, ilk dəfə 16 yaşında "Caballero" jurnalında çılpaq göründü. Marianna rolunu oynadığı “Varlılar da ağlayır” serialından sonra isə onun ulduzu parladı. Şöhrəti bütün Latın Amerikasına, İspaniyaya, Fransaya, SSRİ-yə yayıldı. On il sonra isə daha bir serialla – bir zamanlar “Varlılar da ağlayır” qədər sevib baxılan“Vəhşi Qızılgül” ilə şöhrətlənən Veronika keçmiş SSRİ-də də bütün kişilərin sevimlisinə çevrilmişdi. 

 

Veronika Kastro 1992-ci ildə Rusiyaya gələndə isə onu burada təntənə ilə qarşıladılar. Elə bil hansıa bir prezident Rusiyaya gəlmşdi.

 

65 yaşını qeyd edən aktrisa hazırda kosmetik mağazalar şəbəkəsindən ibarət böyük biznes imperiyaya malikdir. Bundan başqa, 16 mahnı diski buraxan aktrisa Latın Amerikasında böyük fanat ordusu toplayıb. O heç zaman ərdə olmayıb. İndi də subaydır. Buna baxmayaraq, müxtəlif kişilərdən 2 oğul övladı var. Onların böyüyü Kristian, balacası Maykl Meksikada tanınmış müğənnidirlər.

 

Onun böyük oğlu Kristian 1974-cü ildə anası hələ populyar ulduz olmayan zaman doğulub. Uzun illər uşağın atasının kimliyini gizli saxlayan akstrisa müəyyən vaxtdan sonra komik aktyor Manuel Valdesin Kristianın atası olduğunu etiraf edib.

 

Maraqlıdır ki, Veronika Kastro öz övladlarının boşanmasına da səbəb olub. Belə ki, onun böyük oğlu Kristianın paraqvaylı aktrisa Qabriella Bo, sonradan isə argentinalı Valeri Libermanla boşanması Veronikanın tələbi ilə baş verib.

“Valeri ilə bir-birimizi ilk baxışdan sevmədik. Bu qadınla evli olan şəxsin öz oğlum olduğunu qəbul etmək istəmirdim”, - deyə aktrisa müsahibəsində bildirib.

 

Şayiələrə görə aktrisanın kiçik oğlu Mayklın da 8 il görüşdüyü rəssam Paolo Fernandeslə münasibətlərini yarımçıq saxlaması anası ilə bağlı olub.

 

65 yaşlı aktrisa tez-tez plastik cərrahın xidmətlərindən yararlandığını deyir və bu günə qədər keçmiş sovet respublikalarından ona müxtəlif hədiyyə və suvenirlərin göndərildiyini etiraf edir.

 

LENT

11 Dekabr 2017
09 Dekabr 2017
08 Dekabr 2017
07 Dekabr 2017
06 Dekabr 2017
05 Dekabr 2017