Qrip peyvəndi infarkt riskini azaldırKARDİOLOQ RƏYİ

Soyuq havalarda insanların ən çox yaxalandığı xəstəliklərdən biri də qripdir. Bəs qripdən qorunmaq üçün peyvənd etdirmək lazımdırmı?

Ailem.az türkiyəli kardioloq Taner Yavuzun qrip peyvəndi ilə bağlı fikirlərini  diqqətinizə çatdırır.

 

Həkim bildirir ki, bu peyvənd qripə yaxalanma riskini azaldaraq, qrip olsaq belə, xəstəliyi yüngül keçirməyimizə kömək edir: “Qrip peyvəndi ürək tutma riskini yarı-yarıya endirir. Qrip koroner damarlardakı aterosklerotik plakların stabilizasiyasını poza bilir və bu vəziyyət laxtalanmanı asanlaşdıraraq, infarkta yol aça bilir. İnfarktın qarşısını almaq üçün bu məsləhətləri verirlər - siqaret çəkməyin, sağlam qidalanın, idmanla məşğul olun, stressdən uzaq durun. Bəzi xəstələrə aspirin də təyin olunur. Həmçinin ürək xəstələrinə infarktdan qorunmada qrip peyvəndi məsləhət görülməli və bunun əhəmiyyəti izah edilməlidir”.

 

Mütəxəssis vurğulayır ki, peyvənd etdirdikdə özümüzlə bərabər ətrafımızda olan və xəstəliyi ağır keçirmə riski olan kiçik uşaqları, yaşlıları, ürək və ağciyər xəstələrini qripdən qorumuş oluruq.

 

T.Yavuz deyir ki, Amerika Xəstəlik Nəzarət və Qorunma Mərkəzi və Amerika Pediatriya Akademiyası 6 aydan böyük bütün şəxslərə hər il qrip peyvəndi etdirməyi məsləhət görür. Bununla yanaşı qripdən qorunmağın digər yolları da göstərilir. Məsələn, qripli insanlardan uzaq durmaq, qrip yayıldıqda peyvəndsizsinizsə, çox adam olan yerlərdən uzaq durmaq, əlləri tez-tez yumaq və üzdən uzaq tutmaqdır. Qrip olduğunuzu düşündüyünüzdə dərhal həkiminizə müraciət edərək erkən müalicə ilə xəstəliyin uzun sürməsinin qarşısı alına bilər”.

 

Həkim kimlərin mütləq qrip peyvəndi etdirməli olduğu barədə də məlumat verib. Bu siyahıya daxildir:

 

- Hamilələr

 

- 5 yaşdan kiçik uşaqlar

 

- Yaşı 50-dən yuxarı olanlar


- Xroniki xəstəliyi olanlar (Xüsusilə ürək xəstələri, xronik ağciyər və böyrək xəstələri, diabetiklər və s)
 

 

- Yüksək riskli xəstələrlə birlikdə yaşayanlar və sağlamlıq xidməti göstərənlər

 

Həkimin sözlərinə görə, hamilələrin qrip xəstəliyini ağır keçirmə və xəstəxanaya yatırılma faizi yaşıdlarından 4 qat daha çoxdur: “Buna görə bütün hamilələr və hamiləlik planlayan qadınlar qrip peyvəndi olmalıdır. Peyvənd edilən qadının uşağı da 6 ay ərzində ən az yüzdə 50 faizlə qripdən qorunur”.

 

Peyvənd üçün ən uyğun zaman oktyabr-noyabr aylarıdır. Uşaqlar 9 yaşıdan aşağıdırsa və ilk dəfə peyvənd olurlarsa, 4 həftə ara ilə 2 doza peyvənd edilməlidir: “Hazırda ən geniş istifadə edilən inaktiv qrip peyvəndidir. Peyvənddə istifadə edilən virusun proteinləri immunitet yaradır. Bu proteinlər qrip yaradacaq xüsusiyyət daşımır. Ancaq peyvənd vurulan yerdə həssaslıq, nadir də olsa yüngül qızdırma və beldə ağrılar ola bilər. Qrip peyvəndindəki yumurta proteini allergik reaksiya verməyəcək qədər kiçik miqdardadır”. 

LENT

17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017
14 Noyabr 2017
13 Noyabr 2017