Dodaqlarınızı tez-tez yalamayın... - ÇATLAYA BİLƏR

Dodaq çatlarına bütün mövsümlərdə, xüsusilə də qış aylarında rast gəlinir. Bəs dodaq çatını yaradan səbəblər hansılardır? Ailem.az bununla bağlı məlumatları diqqətinizə çatdırır

 

Cild quruluğu

 

Ağrı yaradan dodaq çatlarının ən böyük səbəblərindən biri quru dəri və soyuq havalardır.

 

Günəş işığı

 

Günəş işığı əhəmiyyətli səbəblərdən biridir. Xüsusilə yaz aylarında xeyli məruz qaldığımız günəş şüaları orqanizmdəki nəmi buxarlaşdıraraq, dodaqlarımızı qurudur və çatladır.

 

Susuzluq

 

Gün ərzində kifayət qədər su içmədikdə hüceyrələrin susuz qalması dodaq quruluğuna və çatlarına səbəb olur.

 

Keyfiyyətsiz kosmetik vasitələr

 

İstifadə edilən bəzi kosmetik vasitələr də dodaqlarınızda çat yarada bilər. Keyfiyyətsiz kosmetik vasitələr dodaq quruluşunuza zərər verərək, mikrob düşməsinə səbəb olur.

 

Vitamin çatışmazlığı

 

Dodaq çatlaması bəzi qan xəstəliklərinin xəbərçisidir. A, B2 və B3 vitaminlərinin çatışmazlığı da dodaq çatlaması ilə nəticələnir.

 

Ağız suyu

 

Tez-tez ağız suyu ilə isladılan dodaqlarda çatlar yaranır. Tüpürcəyinizlə tez-tez islatdığınız dodaqlarınız onun tez buxarlanması nəticəsində inanılmaz şəkildə quruluğa və yaralar yaranmasına səbəb olur.

 

Ağızla alınan nəfəs

 

Adətən yatarkən ağızdan alınan nəfəs də dodaq quruluğuna və çatlamasına səbəb olur. Burun tıxanıqlığı səbəbi ilə ağızdan nəfəs alan şəxslərin də dodaqları quruyur və çatlayır.

LENT

11 Dekabr 2017
09 Dekabr 2017
08 Dekabr 2017
07 Dekabr 2017
06 Dekabr 2017
05 Dekabr 2017