Almalı piroqun ASAN RESEPTİ

Bəzən çay içmək üçün ləzzətli və fərqli bir şirniyyat yemək istəyirik. Ailem.az-ın sizə verdiyi bu reseptlə dadlı və yumşaq bir piroq bişirəcəksiniz.

 

Lazım olanlar:


125 qr kərə yağı
 

100 ml zeytun yağı
 

5 stəkan un


1 stəkan qatıq

 

1 yumurta

 

1 stəkan şəkər tozu


Vanil

 

Qabartma tozu

 

Cem üçün lazım olanlar:

 

2 qırmızı alma
 

1,5 xörək qaşığı şəkər tozu

 

1 çay qaşığı darçın

 

Cemin hazırlanması:

 

Almaları doğrayın və şəkər tozu ilə birlikdə qarışdırın. Darçını da əlavə etdikdən sonra suyunu çəkənə qədər bişirin.

 

Almalı piroqun hazırlanması:

 

Undan başqa bütün ərzaqları bir qabda qarışdırın. Yavaş-yavaş unu əlavə edərək ələ yapışmayan bir xəmir yoğurun. Hazırladığınız xəmirdən üzərinə qəfəs hazırlamaq üçün bir az ayırın. Digər hissəsini yuvarlaq bir formada yayın və alma cemini onun üzərinə əlavə edin. Ən sonda ayırdığınız xəmir ilə kiçik lentlər hazırlayın və alma piroqunun üzərinə qəfəs  şəkildə bağlayın. Əvvəlcədən qızdırılmış 180 -lik sobada qızarana qədər 25-30 dəqiqə bişirin.

 

Nuş olsun!

 

LENT

17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017
14 Noyabr 2017
13 Noyabr 2017