Arıqlamaq istəyənlər üçün SADƏ QAYDALAR

Hazırda dünyada ən çox yayılmış problemlərdən biri həddindən çox kilo almaqla bağlıdır. Buna görə demək olar ki, əksəriyyət arıqlamaq üçün müxtəlif vasitələrdən istifadə etsə də, nəticəsi müsbət olmur. Ailem.az arıqlamaq istəyənlərin əməl etməli olduğu müəyyən qaydalar barədə məlumat verir.

 

Hər zaman səhər naharı edin

 

Diyetoloqlar arıqlamaq istəyənlərin bəzi yemək zamanlarını, xüsusilə də səhər yeməyini yeməməyin böyük səhv olduğunu deyirlər. Günə sağlam və faydalı bir səhər yeməyi ilə başlamaq metabolizmanı canlandırır, arıqlamağı təmin edir. Protein baxımından zəngin və uzun müddət tox qalmanızı təmin edəcək lifli qidalardan ibarət səhər yeməyi seçin.

 

Dəyişiklik etməyə hazır olun

 

Axşam yeməklərindən sonra boşqab dolu şirniyyat yeyib, arıqlamağı gözləmək gülməlidir. Arıqlamaq üçün sağlam, qidalı yeməklər yeməyə başlamalısınız.

 

Həddi aşmayın

 

Qida mütəxəssisləri fındıq, fıstıq, qoz kimi çərəzləri, avokadonu, şirin kartofu, bulquru məsləhət görür. Amma bu o demək deyil ki, onları həddindən çox yeyə bilərsiniz.

Çünki bu qidalar da əslində hər biri kalori bazasıdır. Ona görə porsiyalarınıza diqqət etməlisiniz.

 

Aldığınız kalori verdiyiniz kaloridən çox olmamalıdır

 

Arıqlamağın qaydası bəsitdir. Gündəlik kalori qəbulunu 500 kalori azaldın, ya da yediklərinizi sabit tutub hər gün 500 kalori çox xərcləsəniz, bir həftədə yarım kilo arıqlaya bilərsiniz. Səhər qaçışında 250 kalori xərclədinizsə, axşam yeməyindən də 250 kalori əskiltməlisiniz. “Onsuz da idman edirəm”, - deyib ağlınıza gələni yemək kökəlməklə nəticələnə bilər.

 

Arıqladıqdan sonra əvvəlki rejimə qayıtmayın

 

Deyək ki, arıqladığınız müddətdə bütün pis vərdişlərinizi tərgitmisiniz. Hədəflədiyiniz kiloya çatdıqdan sonra yenə eyni yaşam formasına dönməyi düşünməyin. Çünki arıqlamaq həyat tərzinizi dəyişdirməklə əlaqədardır. Əvvəlki vərdişlərinizə qayıtsanız, atdığınız çəkini yenidən geri alarsınız.

 

 

 

LENT

17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017
14 Noyabr 2017
13 Noyabr 2017