Dərini ağardır, nəmləndirir, təmizləyir – POMİDOR MASKASI

Pomidor qida rasionumuzda yer alan ən faydalı tərəvəzlərdən biridir. Amma o həm də gözəlliyiniz üçün əhəmiyyətli bir qaynaqdır. Ailem.az bildirir ki, son zamanlar dəri üzərində yoxlanan vasitələrdən biri də pomidor maskasıdır.

Həmçinin maska halına gətirmədən dəriyə sürtmək də inanılmaz yaxşı nəticə verir.

Pomidorun tərkibində dəri üçün çox faydalı minerallar var. Tərkibində olan bol miqdarda C və E vitamini dəriyə fayda verir.

 

Qışda quruyan dərini nəmləndirir

 

Pomidor quru dərini nəmləndirir, yağlı dərinin nəm səviyyəsini saxlayır və hamar bir dəriyə sahib olmağı təmin edir.

 

Günəş ləkələrini aparır

 

Pomidor günəşin ultrabənövşəyi şüalarından qorumağa, dəridə yaranan günəş ləkələrini aparmağa kömək olur.

 

Sızanaqları yox edir

 

Pomidorun tərkibində salisilik turşusu var. Bu turşu dəridə olan sızanaqların yox olmasına kömək edir.

 

Dərini ağardır

 

Tərkibində olan faydalı turşular dəri rəngini açır və dərini ağartmağa kömək edir.

Pomidoru iki yerə bölüb, üzərinə limon duzu səpin və dərinizin üzərində gəzdirin. Bu, həm məsamələri daraldar, həm də dərinizi ölü hüceyrələrdən təmizləyər.

 

Dəri ağartmaq üçün maska:

 

Bir ədəd pomidoru rəndələyin. İçərisinə bir az un əlavə edin. Xəmir halına gələnə qədər qarışdırın. Əldə etdiyiniz qarışımı üzünüzdə 5 dəqiqə saxladıqdan sonra yuyun.

 

 

LENT

24 Noyabr 2017
23 Noyabr 2017
22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017