Stilist ata qızının elə şəkillərini çəkdi ki... - FOTOSESSİYA

Melburnda yaşayan Pete və Harlow adlı ata-balanın bərabər yaratdıqları bir-birindən gözəl fotoları görənlərin üzünü güldürür.

 

Ailem.az xarici mediaya istinadən bildirir ki, Pete moda stilistidir. Həyat yoldaşı  işləyərkən o, evdə Harlowa baxır. Amma ata-bala əylənmək üçün fərqli bir yol tapıblar. Pete qızına məşhur dizaynerlərin paltarlarını geyindirib, fotolarını çəkir və instagramda paylaşır. İnstagramda onların izləyicilərinin sayı 100 mini keçib.

 

Pete deyir ki, onlar yalnız çox əyləndikləri zaman foto çəkirlər. Əgər uşağın kefi yoxdursa, həmin gün bir foto belə çəkilmir: “Mənə tez-tez mesaj yazıb soruşurlar ki, kiçik qızımı, oğlumu necə model edə bilərəm? Bu suallar insanların Harlowun bir uşaq model olduğunu düşünmələrindən qaynaqlanır. Amma belə deyil. Bu durum tamamilə mənim və qızımın moda sevgisindən ibarətdir. Harlow bu günə qədər bircə reklamda çəkilib. O da marka sahibi mənim dostum olduğu üçün gerçəkləşdi. Bilmirəm, qızım böyüyəndə model, yaxud aktrisa olmaq istəsə, necə reaksiya verəcəm. Təbii ki, təhsil hər şeydən öndə olacaq. Əsas odur, ürəyi istəyən işə sahib olsun. Amma hazırda biz sadəcə bərabər əylənirik”.

 

O ki qaldı qızcığazın bu haqda nə düşünməsinə, əslində, instagramın nə olduğunu hələ tam olaraq bilmir. Sosial şəbəkə üçün çox balaca olsa da, gözəl paltarlar geyinib foto çəkdirməyi sevir. Şəkillərdə də xeyli xoşbəxt görünür.

 

Onu da qeyd edək ki, Harlowun instagram sayəsində qazandıqları onun adına açılan bir bank hesabında yığılmaqdadır.

 

 

 

 

 

 

LENT

17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017
14 Noyabr 2017
13 Noyabr 2017