Kişilərə qadınlardan qan köçürülməsi təhlükəlidir – Yeni araşdırma

Hollandiyada aparılan bir araşdırma zamanı çox qəribə məqam ortaya çıxıb. Araşdırma zamanı kişilərin ən az bir dəfə hamilə qalmış qadınlardan qan almasının çox ciddi sağlamlıq problemlərinə yol açdığı müəyyənləşib.

 

Ailem.az təəccüblü nəticələri təqdim edir.

 

Yeni araşdırmanın nəticəsinə görə, həyatında ən az bir dəfə hamilə qalan qadından qan köçürülmüş kişilərin ölüm riski daha yüksəkdir. 50 yaşdan aşağı və hamilə qalmış bir qadından qan almış kişilərin ölüm faizinin 1 qat daha çox olduğu ortaya çıxıb. Bu da ölüm səviyyəsində 6 faizlik bir artım deməkdir.

 

Alimlər bunu hamiləlik zamanı dəyişən immunitet sisteminin bu nəticə ilə bağlantılı ola biləcəyini önə sürürlər.

 

Buna baxmayaraq, İngiltərə sağlamlıq idarəsi hamiləlik keçirən və ya keçirməyən bütün qadınlardan qan almağa davam etdiyini açıqlayıb.

 

LENT

24 Noyabr 2017
23 Noyabr 2017
22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017