Paltaryuyan maşının ömrünü uzadan QIZIL QAYDALAR

Paltaryuyan maşında paltar yumaq qulağa asan gəlsə də, bu zaman müəyyən məqamlara diqqət edilməsə, problemlər yarana bilər. Ailem.az həmin məqamları diqqətinizə çatdırır.

 

Çox isti suda paltar yumaq

 

Paltarlar ilıq suda yuyulduqda forma və rəng itkisi minimuma enir. Yüksək istilik paltarların formasını və rəngini itirərək daha tez köhnəlməsinə səbəb olur.

Həmçinin ilıq su, ləkələri çıxarmaqda isti su qədər təsirlidir.

 

Paltaryuyan maşını çox ləkəli paltarla doldurmaq

 

Çox ləkəli paltarlar əvvəlcə isladılaraq yuyulmalı və sonra paltaryuyan maşına qoyulmalıdır. Çox ləkəli paltarlar əldə ləkə çıxarıcı yuyucu vasitələrlə yuyulmalıdır.

Qoltuq altı ləkələrini limon suyu köməyi ilə çıxara bilərsiniz. Ot ləkəsi isə sirkə və yuyucu vasitə qarışımı ilə asanca çıxacaq.

 

Həddindən artıq yuyucu vasitə və yumşaldıcı istifadəsi

 

Həddindən çox yuyucu vasitə və yumşaldıcı paltaryuyan maşının xəzinəsini tıxayaraq pis qoxu yaranmasına səbəb ola bilər.

 

Çoxlu yuyucu vasitə tökərək kirli paltarları yumaq yerinə iki dəfə normal ölçüdə yuyucu vasitə istifadə edərək, yuya bilərsiniz.

 

Zərif paltarları paltaryuyan maşında yumaq

 

Paltaryuyan maşında normal yuma prosesi büstqalterinizin formasını itirməsinə səbəb olar. Buna görə büstqalter kimi həssas paltarları əldə yuyun.

 

Cinsləri tez-tez yumaq

 

Cins paltarlarınızın rənginin itməməsi üçün paltaryuyan maşında yumağa son qoymalısınız. Əgər cinslərinizi paltaryuyan maşında yumaqda israrlısınızsa, 6 ayda sadəcə iki dəfə yumalısınız. Cinslər üçün ən uyğun yuma şəkli əldə yumaqdır.

 

Paltaryuyan maşına qulluq göstərməmək

 

Çirk, yuyucu vasitə qalıqları və kirəçlənmə kimi faktorlar maşının ömrünü azaldır.

 

Buna əngəl olmaq üçün:

 

- Yumadan sonra paltaryuyanın qapağını havalanması üçün açıq qoyun

 

- Qapağındakı silikonun arasına yığılan qalıqları təmizləyin
 

- Yuyucu vasitə qoyulan bölməni ayda bir dəfə təmizləyin

 

- Ayda bir dəfə paltaryuyanın içinə sirkə və yuyucu vasitə tökərək işlədin

 

 

LENT

17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017
14 Noyabr 2017
13 Noyabr 2017