Məşhur həkim: “Koroğlu kimi oğlan olsa da, genetik olaraq qadın idi”

Ailem.az tanınmış uroloq-cərrah, tibb üzrə fəlsəfə doktoru Vasif İsmayılın sonsuzluq haqda məqaləsini təqdim edir.

 

Sonsuzluq nədir?

Guya kiminsə uşağı olmamasıdır.

Boş söhbətdir.

Sonsuzluq bir qadın və bir kişinin həftədə ən az 2 dəfə qorunmasız əlaqədə olmasına baxmayaraq, 16 ay sonra qadının hamilə qalmamasıdır.

 

“Doktor, 4 aydır evliyik, hamilə deyil”... Sonsuzluqla əlaqəsi yoxdur.

 

“Doktor, mən, dənizdə işləyirəm. Yoldaşımı da ayda 1 dəfə görürəm. Artıq 3 ildir evliyik. Hamilə qalmır”. Bu da sonsuzluq deyildir.

 

Əslində çox şey sonsuzluq deyildir. Bəs sonsuzluq "nəmənə" xəstəlikdir görəsən?

Bax, sizin dişin ağrıyırsa, SİZİN dişiniz xəstədir. Ananızın, oğlunuzun və ya qonşunuz Zərnigarın deyil - sizin dişiniz xəstədir.

Sonsuzluq elə bir hal deyildir.

 

Sonsuzluq bir CÜTÜN xəstəliyidir. Sonsuz kişi yoxdur. Sonsuz qadın da yoxdur. Sonsuz cütlük vardır.

 

Bu gün hamilə qala bilməyən cütlərdən:

 

30 %-də səbəbkar kişidir.
 

30%-də səbəbkar qadındır.
 

30%-də səbəbkar hər ikisidir.
 

10%-də səbəb bilinmir.

 

Necə yəni bilinmir? Sadəcə bilinmir.

 

Əgər müntəzəm əlaqəyə baxmayaraq, 16 ay sonrasında hamilə qalmaq istəyir, amma hamilə qala bilmirsinizsə, həkimə gedin. Kim getsin? İkiniz də. Həm qadın, həm kişi.

 

Kişinin bığının, saqqalının, bir də öküz kobudluğunun olması toxumunun yaxşı olduğu mənasına gəlmir.

Lənkərandan bir oğlan tanıyırdım, bığlı-saqqallı, belə Koroğlu kimi oğlan idi. Amma genetik olaraq qadın idi...

 

LENT

24 Noyabr 2017
23 Noyabr 2017
22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017