Çuğundur turşusu yemisiniz? - FƏRQLİ RESEPT

Artıq soyuq havaların başlaması ilə turşuların da hazırlanmasına başlanılıb. Ailem.az sizə bu dəfə fərqli çuğundur turşusunun hazırlanma qaydasını təqdim edir.

 

Çuğundur turşusu üçün lazım olanlar:

 

1 kq çuğundur
1 ədəd qırmızı soğan
3 stəkan sirkə
2 xörək qaşığı duz
2-3 diş sarımsaq
2 çay qaşığı istiot

1 çay qaşığı keşniş toxumu

 

Hazırlanması:

 

Çuğundurları yuyun və qabıqlarını nazik şəkildə soyaraq, kub şəklində doğrayın. Daha sonra soğanı halqavari doğrayın. Sarımsaqları isə soyaraq bütöv saxlayın.

Orta ölçülü bir ləyəndə çuğundurların üzərinə az miqdarda çıxacaq qədər su tökün. Turşunu hazırlayarkən həmin sudan istifadə edəcəyiniz üçün 5-10 dəqiqə çuğundurlarla birlikdə qaynayan bu suyu atmayın. Bir az yumşalan çuğundurları süzərək ayrı bir qaba yığın, suyuna isə duz və sirkə əlavə edib qarışdırın. Daha sonra şüşə balona sarımsaq, soğan, keşniş toxumu və istiotu qoyun. Daha sonra isə çuğundurları əlavə edin. Sonda isə üzərinə su ilə qarışımı tökərək balonun qapağını möhkəm bağlayın. Günəş tutmayan yerdə 6-7 gün mühafizə etdikdən sonra yeyə bilərsiniz.

 

Nuş olsun!

 

 

 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018