Əl-üz yuyandan pis qoxuları aparmağın SADƏ YOLLARI

Hər nə qədər diqqət etsək də, hər cür tullantı keçdiyi üçün əl-üz yuyanlarda zamanla pis qoxular yaranmağa başlayır. Tərkibində həddindən çox kimyəvi maddə olan təmizləyici vasitələr boğazımıza zərər verdiyi kimi, pis qoxuları da aparmır. Ailem.az sizə sağlamlığa zərərə vermədən təbii yollarla əl-üz yuyandan pis qoxuları yox etməyin yollarını göstərir.

 

Qəhvə və isti su

 

Bir az qəhvə və isti suyu qarışdıraraq əl-üz yuyanınıza tökün. Nəticədə orada yığılan yağlardan və pis qoxulardan qurtulacaqsınız.

 

Limon qabıqları və su 



Limon qabıqları ilə sürtdüyünüz əl-üz yuyanınıza bir az isti su tökərək, həm pis qoxulardan qurtulmuş olacaqsınız, həm də içərisi parıldayacaq.

 

Soda və sirkə 


1 stəkan sirkəni əl-üz yuyana tökün. Üzərinə 1 stəkan sodanı da əlavə edib köpüklədin. İsti suyu da əlavə etdikdən sonra bir neçə dəqiqə gözləyin. Bu qarışım boruları açaraq pis qoxuları aradan qaldıracaq.

 

Limon suyu və soda

 

2 stəkan limon suyunu kiçik bir qabda isidin. 1 stəkan soda əlavə edib əridin. Köpük halına gətirdiyiniz qarışımı əl-üz yuyana tökün və 10 dəqiqə saxlayın.

Daha sonra əl-üz yuyanınızı təmizlədikdə əla bir nəticə əldə etmiş olacaqsınız.

 

 

LENT

17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017
14 Noyabr 2017
13 Noyabr 2017