İnfarkt keçirmək istəmirsinizsə, bu qidaları yeyin - ÜRƏYİ QORUYUR

Ürək və damar sağlığını qoruyaraq infarkt riskini azaltmaqda bəzi qidaların çox faydası var. Ailem.az sizə həmin faydalı qidaların siyahısını təqdim edir.

 

Yulaf

 

Lif səviyyəsi yüksək olan yulaf pis xolesterola mane olaraq həzmə də kömək edir.

 

Qırmızı meyvələr

 

Gilas, çiyələk kimi qırmızı meyvələr qan təzyiqini azaldaraq damarları genişləndirir.

 

Nar

 

Antioksidantla zəngin olan nar qan dövranını tənzimləyir və qandakı hemoqlabini artırır.

 

Alma və armud

 

Lifli tərkibləri sayəsində qan dövranını normallaşdırır.

 

Çərəzlər

 

Protein və lif baxımından zəngin olan çərəzlər ürəyə xeyirdir. Həmçinin tərkibindəki E vitamini ilə pis xolesterol səviyyəsini azaldır.

 

Qırmızı şərab



Damarlardakı yağ hüceyrələrini azaldaraq bədəndə detoks təsiri yaradır. Arıqlamağa kömək edir.

 

Yaşıl çay

 

Gündə sadəcə bir stəkan yaşıl çay içmək metabolizmanı sürətləndirərək, arıqlamağa kömək edir. Xolesterola faydası var.

 

Avokado



Pis xolesterolla mübarizə aparan avokado faydalı yağlarla zəngindir.

 

Sarımsaq

 

Damarları genişləndirir, qan təzyiqini azaldır.

 

Tünd şokolad

 

Qan təzyiqini normallaşdırır və şişkinliyə qarşı faydalıdır.

 

 Yağlı balıq



Tərkibində yağ səviyyəsi yüksək olan balıq damar tıxanıqlığının qarşısını aldığı üçün həftədə 2 -3 dəfə yeyilməlidir.

 

İspanaq



Bir çox vitamin, mineral və antioksidant tərkibli ispanaq qan təzyiqini normallaşdırır.

 

Qarpız



Damar sağlamlığı üçün əhəmiyyətli olan qarpız xolesterol səviyyəsini tənzimləyir.

 

Zeytun yağı


Sadəcə bir neçə çay qaşığı zeytun yağı pis xolesterol səviyyəsini azaldır və qan şəkərini normallaşdırır.

 

 

 

LENT

17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017
14 Noyabr 2017
13 Noyabr 2017