Mədə qıcqırmasını aradan qaldıran SADƏ ÜSUL: bir stəkan suya...

İnsanları ən çox narahat edən sağlamlıq problemlərindən biri də mədə qıcqırmasıdır. Xüsusilə yağlı, turş, ya da istiotlu qidalar yedikdən sonra mədədə yanma, göynəmə başlayır. Ailem.az bu ağrıları yüngülləşdirməyin bəzi asan yolları ilə sizi tanış edir.

 

Yeməklərdən xüsusilə də istiotlu, tomatlı, yağlı və turş qidalar, şorabalar yedikdən sonra yüngül bir hıçqırıqla birlikdə boğazda və sinədə yaranan yanma hissinə mədə qıcqırması deyilir. Əgər mədənizdə qıcqırma hiss edirsinizsə, ilk öncə əyninizə geniş paltarlar geyinin, ya da kəmərinizi boşaldın. Çünki qıcqırma mədənizdəki maddələrin qida borusundan yuxarı çıxması və bu mayenin içindəki turşunun toxumaları yandırmasından qaynaqlanır. Geniş paltar mədənin üzərindəki bu basqını azaldacaq.

 

Mədə qıcqırmasına faydalı olan bir başqa nəsnə ayağa qalxmaqdır. Oturmaq, ya da yatmaq daha çox mədə qıcqırması yarada bilər. Əgər oturaq və ya uzanılısınızsa, ayağa qalxmaq sizə çox kömək edəcək.

 

Evdə istifadə edə biləcəyiniz sadə mədə qıcqırması dərmanı da var - sodalı su. Bunu içdiyinizdə mədənizdəki turşunun bir qismi neytrallaşacaq. Bir stəkan suya bir çay qaşığı soda kifayətdir. Bunu yavaş-yavaş içməli olduğunuzu unutmayın.

 

Mədə turşusunu neytrallaşdıran bir digər vasitə isə saqqız çeynəməkdir. Saqqız çeynəmək ağzınızda tüpürcək yaranmasını artırır. Bunun sayəsində bağırsaqlarınızda yığılmış turşunun miqdarı azalır və bədəndən atılma vaxtı sürətlənir.

 

Siqaret çəkmək də mədə qıcqırması olan insanlar üçün ekstra təhlükəlidir. Siqaret çəkmək mədə qıcqırmasını artırır. Xüsusilə mədə qıcqırması hiss etdiyinizdə siqaretdən uzaq durmanız şərtdir.

 

Əgər tez-tez mədə qıcqırması yaşayırsınızsa, həyat tərzinizdə bəzi dəyişikliklər etməlisiniz. İlk növbədə yatmazdan ən az 3 saat qabaq yeməyi dayandırmaq lazımdır. Yemək yedikdən sonra uzanmamaq, yağlı və istiotlu qidalardan uzaq durmaq, çəkini normada saxlamaq əhəmiyyətli faktorlardandır.

 

QEYD: Həftədə iki-üç dəfədən daha çox mədə qıcqırması yaşayırsınızsa, tez bir zamanda həkimə müraciət etməlisiniz.

 

 

LENT

24 Noyabr 2017
23 Noyabr 2017
22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017