2 milyon dollarlıq büstqalter satışa çıxarılır - FOTO

Hər il maraqla gözlənən “Victorias Secret” moda şousunda görünüşü ilə göz qamaşdıran, qiyməti ilə heyrətləndirən “Fantasy Bra” büstqalterini bu il braziliyalı model Lais Ribeiro təqdim edəcək.

 

Ailem.az-ın xarici mediaya istinadən məlumatına görə, “Fantasy Bra” bu il “Dream Angels Champagne Nights” kolleksiyasından ilhamlanaraq dizayn olunub.

2 milyon dollar dəyəri olan büstqalter 18 karat qızıldan hazırlanaraq, brilliant, sarı sapfir və mavi topaz daşları ilə bəzədilib. Mouavad tərəfindən dizayn edilən 600 karat ağırlığındakı bu geyim 350 saat ərzində 6 min ədəd qiymətli daşdan hazırlanıb.

 

“Fantasy Bra” dekabr ayında “Victorias Secret” mağazalarında satışa çıxarılacaq.

 

Onu da qeyd edək ki, “Fantasy Bra” büstqalterini bu il təqdim edəcək braziliyalı model Lais Ribeironun 27 yaşı var. Onun 9 yaşında bir oğlu var. Lais 18 yaşında oğlunu dünyaya gətirəndən sonra dostunun tövsiyəsi ilə Braziliyada modellik etməyə başlayıb. Qısa zamanda ölkəsinin hüdudlarından kənarda da tanınıb. 2009-cu ildən dünya şöhrətli markaların podiumlarına çıxıb. 2010-cu ildən etibarən isə “Victorias Secret”in dəfilələrində iştirak edir.

 

 

LENT

24 Noyabr 2017
23 Noyabr 2017
22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017