Orqanizmin işini asanlaşdırmaq istəyirsinizsə, BU YAĞDAN İSTİFADƏ EDİN

Kətan yağı sağlamlıq üçün faydalı və əvəzolunmaz qida məhsuludur. Bu yağdan müntəzəm istifadə bütövlükdə orqanizmin işini normallaşdırır və bir çox xəstəliklər zamanı kömək edir.

 

Ailem.az modern.az-a istinadən kətan yağının faydaları haqqında yazını təqdim edir.

 

Kətan yağı "Omeqa 3" və "Omeqa 6" yağ turşuları ilə zəngindir ki, bu da orqanizmdə mübadilə prosesinin normallaşmasına kömək edir və aşağıdakı faydalı müalicəvi xüsusiyyətlərə malikdir.

 

Qida rasionuna müntəzəm olaraq kətan yağı daxil edildikdə o “pis” xolesterinin səviyyəsini aşağı salır, qan damarlarının elastikliyini təmin edir, tpombların yaranmasına mane olur, bununla da miokard infarktın, hipertoniya xəstəliyinin, aterosklerozun, ürəyin işemik xəstəliyinin inkişafının qarşısını alır, insult riskini azaldır.

 

Bundan başqa kətan yağı insanın bütün həzm sisteminin işini normallaşdırır, qaraciyərin funksiyasını yaxşılaşdırır, kolit və qastrit kimi xəstəliklərin müalicəsində müsbət təsir göstərir, qəbizlik və qıcqırmanı aradan qaldırır.

 

Qadın sağlamlığı üçün kətan yağı olduqca faydalıdır. Xüsusilə hamilə qadınların qida rasionunda bu yağın faydaları daha çoxdur. Belə ki, kətan yağının tərkibində olan komponentlər gələcək uşağın beyninin inkişafına müsbət təsir göstərir və ananın hamiləlik dövrünü asanlaşdırır.

 

Həmçinin, kişilərdə potensiya pozğunluğu və zəifliyi zamanı kətan yağından istifadə effektli müsbət təsir göstərir.

 

Kətan yağı böyrək və sidik kisəsi, sinir sistemi, qalxanabənzər vəzi, tənəffüs orqanları xəstəliklərinin profilaktikasında da tətbiq olunur.

 

Artıq çəkidən və piylənmədən xilas olmaq, fəsadsız arıqlamaq üçün kətan yağı ən münasib qida məhsuludur. Qida rasionuna daxil edilən heyvan mənşəli yağların kətan yağı ilə əvəz edilməsi ilə bu problemi asanlıqla həll etmək mümkündür.

 

Kətan yağının faydalı xüsusiyyətlərindən biri də qanda şəkərin miqdarını normallaşdırmasıdır.

 

Yaddaşda problemlərin aradan qaldırılması üçün də kətan yağı effektli vasitələrdən biridir.

 

Kətan yağının dəriyə və saçlara da müsbət təsiri var. O, dərini yumşaldır, gümrahlaşdırır, kənar təsirlərdən qoruyur, saçları möhkəmləndirir, saç tökülməsinin qarşısını alır.

 

Kətan yağını müxtəlif salatlara, sıyıqlara, kefirə, kəsmiyə, şirələrə əlavə etməklə istifadə etmək olar. Bu yağda xörəklərin hazırlanması məsləhət görülmür. Çünki yüksək temperaturda kətan yağı öz faydalı xüsusiyyətlərini itirir.

 

LENT

17 Noyabr 2017
16 Noyabr 2017
15 Noyabr 2017
14 Noyabr 2017
13 Noyabr 2017