Alma sirkəsini evdə hazırlamağın ASAN YOLU

Salatlarda, dəriyə qulluqda və arıqlama zamanı bol-bol istifadə etdiyimiz alama sirkəsini təbii şəkildə evdə hazırlamaq istəyirsinizmi? Ailem.az sizə asan qaydada hazırlayacağınız alma sirkəsinin reseptini təqdim edir.

 

Lazım olanlar:

 

2 ədəd alma
5 stəkan su
1 çay qaşığı şəkər
1 çay qaşığı duz


Hazırlanması:

 

Almaların qabığını soyun. Bu qabıqları bir balonun içinə qoyun. Daha sonra balona suyu töküb, duz və şəkəri də əlavə edin. Balonun ağzını yaxşı bağlayıb çalxalayın. Daha sonra 10 gün müddətində bankanı qaranlıq bir yerdə mühafizə edin.

10 gün sonra çıxardığınızda alma qabıqları suyun üstünə çıxarsa, deməli, sirkəniz hazır olub. Ondan rahatlıqla istifadə edə bilərsiniz.

 

 

LENT

24 Noyabr 2017
23 Noyabr 2017
22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017