Göz altındakı qaralmadan sarıköklə qurtulun - MASKA

Sarıkök sağlamlıq baxımından olduqca faydalı bir ədviyyatdır. Xərçəng xəstəliyindən dəri xəstəliklərinə qədər bir çox problemlərdə şəfa kimi istifadə olunur. Sarıkök tərkibindəki faydalı birləşmələr sayəsində hüceyrələri yeniləyir. Beləliklə, həm xərçəngin qarşısını alır, həm də yaşlanmanı gecikdirir. Sarıkökün həmçinin antioksidant və iltihab əleyhinə təsiri də var. Sağlığımıza olduqca faydalı olan bu qida göz altında meydana gələn tünd halqaları da qısa zaman içərisində yox edir. Ailem.az sizə sarıköklə göz altı qaralmalarından möcüzəvi qurtulma şəklini göstərir.

 

Lazım olanlar: 

 

1 çay qaşığı sarıkök 
Yarım çay qaşığı un
1 çay qaşığı pomidor suyu 
1 neçə damcı limon

 

Hazırlanması:

 

Bütün ərzaqları qarışdırın. Sonra göz çevrənizə halqalar şəklində sürtün. 10 dəqiqə saxlayın, üzərini örtməyin. Sonra soyuq su ilə durulayın. Bu qarışımı tətbiq etdikdən sonra gözlərinizin altındakı tünd halqalardan qurtularaq, qırışların gündən-günə azaldığını, dərinizin təzələndiyini görəcəksiniz.

 

 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018