Uşaqları olmayan cütlük gəlinciyi övladlığa götürdü

Britaniyanın Oksford şəhərində uşaq sahibi ola bilməyən cütlük oyuncaq uşaqlara baxırlar. Ailem.az-ın musavat.com-a istinadən məlumatına görə, Ceyn Berri deyib ki, 22 yaşından bəri ana ola bilmir.

 

Hal-hazırda qadının 39 yaşı var və osteoporozdan əziyyət çəkir. 51 yaşlı əri ilə birlikdə 3oyuncaq alıb və onları uşağı kimi böyüdür. Uşaqlarının adı isə Emi, Eşli və Xloyadır. 
Nəşrin yazdığına görə, ər-arvad oyuncaqları ilə birgə səyahət edir, onları gəzməyə çıxarır və yedizdirməyə çalışır. Hətta cütlüyün maşınında uşaq kreslosu da var: “İnsanlar bizə müxtəlif cür reaksiya verirlər. Bir çoxları hesab edirlər ki, biz ümumiyyətlə, ağlımızı itirmişik. Bəzən də buna görə bizə aşağılayıcı mesajlar yazırlar. Amma başqalarının şəxsi həyatına qarışmayanlar da az deyil”.

 

Bu ilin fevral ayında isə məlum olmuşdu ki, Çinin Quyçjou əyalətinin sakini özünə intim gəlinciklərdən ailə düzəldib. O, bu gəlinciklərin geyim və aksesuarlarına 14.4 min dollar sərf edib.

 

 

LENT

24 Noyabr 2017
23 Noyabr 2017
22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017