"Qızımın bir yaşı vardı, o kişi ilə görüşürdüm" - Dostəliyevadan ŞOK AÇIQLAMA

ARB telekanalının “Səhər-Səhər” verilişinin növbəti qonağı müğənni Zeynəb Dostəliyeva olub. O, şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib. O, ilk həyat yoldaşından ayrılma səbəbini açıqlamayıb.  

 

Ailem.az-ın məlumatına görə, müğənni deyib ki, hələ 5-ci sinifdə oxuyanda valideynləri onu əmisi oğlu ilə nişanlayıblar: “Uşaq idim, məktəbdə oxuyurdum nişanladılar məni. Məktəbə getmişəm sevincək, konfet paylayıram uşaqlara. Üzüyü qızlara sevinə-sevinə göstərirdim. 5-ci sinifdə oxuyurdum o zaman. 5 il nişanlı qaldım. Əmim oğlu elə yaxşı insan idi, quzu da. Çox yaxşı, sakit və mehriban biri idi. Amma ağlım kəsəndən sonra anladım ki, mənə çəkinəcəyim bir insan lazımdır. O insan gözəl insan idi. Mən səhərlər duranda görürdüm ki, səhər yeməyini hazırlayırdı. Yavaş-yavaş qapını döyürdü ki, əmi qızı, dur gəl”. 

Z.Dostəliyeva ikinci həyat yoldaşı haqqında da danışıb: “ "Böyük qızım təzə olmuşdu. Qızımın 1 yaşı var idi, mən onunla görüşürdüm. Evləndik də. Bu, mənim ikinci evliliyim idi. Nə istəyirdim edirdi. Çox qısqanc idi, deyirdi, məndən icazəsiz anan evinə də getmə. İkinci ərim qışda dənizdə çimirdi, böyrəkləri işləmədi. Dünyasını dəyişib. Ondan sonra ailə qurmadım”.

 

Müğənni “İllər keçəndən sonra əmin oğlundan ayrıldığına peşman oldunuz?" sualına da cavab verib: “Yaxşı ki, onu vaxtında evləndirdik. Elə özümüz evləndirdik. Toyun da etdik, hər şey də aldıq yaxşı-yaxşı. Mənlik adam deyildi də. Mən rəhmətlik yoldaşıma ərə gedəndən sonra hamilə idim. Əlimdə anamgildən evə nəsə gətirirdim, deyirdi "Zeynəb, dayan mən sənə kömək edim. Sən daşıma. İndi də münasibətimiz çox gözəldir”.

LENT

14 Dekabr 2017
13 Dekabr 2017
12 Dekabr 2017
11 Dekabr 2017
09 Dekabr 2017