Arıqladan, görməni və potensiyanı yaxşılaşdıran TƏRƏVƏZ

Balqabaq Şimali Amerika tərəvəzi hesab olunur. Lakin mühacirlər qitəyə gəlməzdən xeyli əvvələ qədər balqabaq hindi masasında əsas məhsullardan biri idi. Onlar yetişdirdikləri balqabaq dilimlərini qış uzunu tonqallarda qızardıb yeyirdilər.

 

Ailem.az Azertag.az-a istinadən bildirir ki, arxeoloji qazıntılar nəticəsində balqabağın 5 min ildən çox yaşı olduğu aşkar edilib. Amerikada daha əvvəllərdən becərilən həmin tərəvəzi Avropaya ilk dəfə ispan dəniz səyyahları gətirib. Qədim Roma və Yunanıstan əhalisi onun qurudulmuşundan su və şərab qabı kimi istifadə edirdilər. Qulluğa az ehtiyacı olduğuna və dəriləndən sonra uzun müddət qaldığına görə əhali onu bəyənərək becərməyə başlayıb.

 

Balqabaq təkcə zahiri görünüşü ilə deyil, bostan bitkisi kimi də qarpızla yemişin arasında yer tutur. İri yarpaqlı və sarmaşıq kimi uzanan balqabaq tağını qarpız tağından ayırmaq heç də asan deyil. Balqabaq yetişməmişdən qabaq yastı formalı yemişə oxşayır. Aran bölgələrində yetişmiş balqabağı təndirin isti külünə basdırır, müəyyən vaxtdan sonra onu küldən çıxararaq dilimləyib yeyirlər. Balqabağa bəzi yerlərdə, o cümlədən Qarabağ bölgəsində boranı da deyirlər.

 

Onun tərkibindəki karotin yerkökündən 5, mal ciyərindən isə 3 dəfə çoxdur. Ona görə də oftalmoloqlar görmə qabiliyyəti zəif olanlara balqabaq şirəsi içməyi məsləhət görürlər.

 

Bundan başqa onun tərkibində diyetoloqların çox sevdiyi T vitamini tapılıb. Həmin maddə ağır yeməklərin həzm olmasını yaxşılaşdırır və piylənmənin qarşısını alır. Ona görə də balqabağı yağlı mal və qoyun ətindən hazırlanan xörəklərin yanında süfrəyə vermək lazımdır.

 

Tərkibində dəmir olan tərəvəzlər arasında da balqabaq liderlik edir. Bundan əlavə balqabaq mislə zəngindir ki, bu mineral da qanın tərkibini yaxşılaşdırır.

 

Kişilərdə cinsi qabiliyyəti yüksəltmək üçün də yaxşı vasitə sayılır, eyni məqsədlə onun toxumlarından da istifadə etmək olar.

 

Balqabağın təmizlənmiş toxumlarını səhər acqarına çırtlamaq qurd əleyhinə ən yaxşı vasitə hesab olunur.

 

LENT

24 Noyabr 2017
23 Noyabr 2017
22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017