Tarzən Fikrət Verdiyevin yaradıcılıq gecəsi keçiriləcək

Noyabrın 19-da Beynəlxalq Muğam Mərkəzində xalq artisti, tanınmış tarzən Fikrət Verdiyevin 70 illik yubileyinə və səhnə fəaliyyətinin 55 illiyinə həsr olunmuş yaradıcılıq gecəsi keçiriləcək.

 

Saat 19:00-da baş tutacaq gecədə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri (bədii rəhbər və dirijor xalq artisti Teymur Göyçayev), xalq artistləri Aygün Bayramova, Nəzakət Teymurova, Gülyaz Məmmədova, əməkdar artistlər Sevinc Sarıyeva, Almaz Orucova, Tünzalə Ağayeva, Babək Niftəliyev, İlkin Əhmədov, Naxçıvan MR-ın əməkdar artisti Ehtiram Hüseynov və başqaları çıxış edəcəklər. Musiqiçiləri “Rast” instrumental ansamblı müşayiət edəcək.

 

 

LENT

24 Noyabr 2017
23 Noyabr 2017
22 Noyabr 2017
21 Noyabr 2017
20 Noyabr 2017