Bu həftə Musiqili Teatrda 9 tamaşa olacaq - AFİŞA

Azərbaycan Dövlət Musiqili Teatrında bu həftə ərzində 9 tamaşa nümayiş olunacaq.

 

Teatrın mətbuat xidmətindən Ailem.az-a verilən məlumata görə, tamaşaçılar 16, 17, 18, 19 noyabr tarixlərində saat 11.00, 12.00, 14.00, 15.00, 16.00 və 19.00-da “Hacı Qara” (M.F. Axundzadə), “Qızıl cücə” (V. Ulanovski, V. Orlov), “Arşın mal alan” (Ü. Hacıbəyli), “Molla Nəsrəddinin beş arvadı” (İ. Sadıqov), “Bremen musiqiçiləri və Pen” (C. Barri, Qrimm qardaşları), “Mən dəyərəm min cavana” (F. Sücəddinov, T. Vəliyeva) və “Düyməcik” (H.K. Andersen) tamaşalarını izləyə bilərlər.

 

Musiqili Teatr bu həftə də rusdilli və balaca tamaşaçılarını unutmayıb. Belə ki, 16, 18 noyabr tarixində saat 12.00-da V. Ulanovski, V. Orlovun “Qızıl cücə”, 19 noyabr saat 14.00-da H.K. Andersenin “Düyməcik” əsəri rus dilində, həmin gün 12.00-da C. Barri, Qrimm qardaşlarının “Bremen musiqiçiləri və Pen” nağıl-tamaşası Azərbaycan dilində uşaqlar üçün nümayiş olunacaq. Tamaşaçılar təqdim olunacaq səhnə əsərlərində sevimli aktyorları – xalq artisti İlham Namiq Kamal, əməkdar artistlər Boris Qrafkin, Nahidə Orucova, Əzizağa Əzizov, Svetlana Bulax, Almaz Ələsgərli, Əkbər Əlizadə, Səidə Şərifəliyeva, aktyorlar Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Möylə Mirzəliyev, Ağaxan Şərifov və başqalarının ifalarını izləyə biləcəklər.

 

Azərbaycan Dövlət Musiqili Teatrı həftəsonunu şən və yaddaqalan keçirmək istəyən hər kəsi bir-birindən maraqlı tamaşalara baxmağa dəvət edir. 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə etmək olar.

 

LENT

14 Dekabr 2017
13 Dekabr 2017
12 Dekabr 2017
11 Dekabr 2017
09 Dekabr 2017