Nar mürəbbəsinin asan HAZIRLANMA QAYDASI

Faydaları saymaqla bitməyən narın mürəbbəsini yemisiniz? Ailem.az sizə nar mürəbbəsinin hazırlanma qaydasını təqdim edir.

 

Lazım olanlar:

 

6 ədəd orta boy nar
1 kilo şəkər tozu
1 limonun suyu

 

Hazırlanması:

 

Dənələdiyiniz narı ləyənə yığıb üzərinə şəkər əlavə edin. Səhərə qədər saxladıqdan sonra ocağın üzərinə qoyub qaynadın. Qaynara düşəndə limon suyu əlavə edib, 15 dəqiqə qaynatdıqdan sonra altını söndürün. Soyumadan balonlara yığıb qapağını möhkəm bağlayın. Artıq nar mürəbbəniz hazırdır. 

 

Nuş olsun!

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018