Oğlan uşaqlarının sayı qız uşaqlarını üstələyib - STATİSTİKA

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-sentyabr aylarında ölkə üzrə 107 min 459 doğulan körpə qeydə alınıb.

 

Ailem.az trend-ə istinadən bildirir ki, bu barədə məlumatı Dövlət Statistika Komitəsi verib. Məlumata görə, əhalinin hər 1000 nəfərinə bu göstərici 14,7 təşkil edib.

Doğulan körpələrin 53,1%-i oğlan, 46,9%-i isə qız uşaqlarından ibarət olub. Körpələrdən 1918-i əkiz, 33-ü üçəm doğulanlardır.

 

Bununla yanaşı, cari ilin 9 ayı ərzində ölkədə 43089 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9 təşkil edib.

 

LENT

16 Dekabr 2017
15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017
12 Dekabr 2017