Leyli və Məcnunun qəbri İçərişəhər ərazisindədir? - MARAQLI İDDİA

Ailem.az modern.az-a istinadən araşdırmaçı İlqar Əliyevin hazırladığı “Sirr və açar” toplusunda tarixçi alim Kamil Fərhadoğlunun irəli sürdüyü elmi iddianı təqdim edir. Alimin fikrincə, məşhur əfsanə qəhrəmanları Leyli və Məcnunun qəbirləri İçərişəhərdədir və bu qəbirlər  hələ də orada durur:

 

“Həmin qəbiri ilk dəfə doktor Kamil Fərhadoğlu təyin edib tarixə və abidəyə heç bir xələl gətirmədən onu araşdıra bilib: “Şirvanşahlar saray kompleksi, saray məscidinin girişində təsədüfi aşkar olunan qəbr haqqında məlumat”ı “Şirvanşahlar sarayı kompleksində, məscidin girişində yağış sularının toplanıb bünövrəyə ziyan vurmaması üçün bərpa işləri aparılarkən, drenaj üsulu ilə su borusu xəttinin çəkilməsi zamanı qəbr abidəsi tapılıb". 

 

Kamil Fərhadoğlunun özü isə bu barədə bunları deyib:

 

“Qəbir üzə çıxan zaman torpaq işləri dayandırıldı. Qəbri öyrənmək üçün onun üstünün götürülməsini məsləhət bilmədik. Ona görə də qəbrin şərq tərəfində açılmış deşikdən onu müşühidə edərək öyrənmək qərarına gəldik. Qəbir şərq-qərb istiqamətində yerləşib, uzunluğu 2,5m., eni 0,4m.- dir. Saray məscidin giriş qapısından 2,5m. aralıdır. Onun dərinliyi yer səthindən 0,8m.-dir. Qəbrdə üz-üzə başdırılmış 2 insan skletinin birincisinin ayaq sümükləri şərq, kəllə sümüyü isə qərb tərəfdə yerləşir. Üzü şimala baxır. O, müsəlman dini qaydalarına əsasən dəfn olunmamışdır. İkinci insan skleti tam tərsinə yerləşib. Onun ayaq sümükləri qərb, kəllə sümüyü isə şərq istiqamətində dəfn olunmuşdur. Onun üzü cənub qərbə, məscidin mehrabı istiqamətinə baxır. O, müsəlman adətinə uyğun olaraq basdırılmışdır. Əslində, 2 insanın üzbəüz dəfn olunması faktı maraq doğurur. Qəbirdəki birinci kəllə sümüyü ikinciyə nisbətən daha böyükdür. Qəbirdən saç nümunəsi tapılmamışdır. Abidə daş qutu qəbr formasında tikilmiş, üzərində daş plitə qoyulmuşdur. 1964-cü ildə Şirvanşah sarayı kompleksində bərpa işləri zamanı bəhs etdiyimiz qəbr çox güman ki, aşkar olunub. Qəbirin içində, şimal tərəfdəki divarda açılmış deşik bu fikri söyləməyə əsas verir. Hətta onu da demək olar ki, qəbri araşdırmaq məqsədi ilə hansısa bir alətlə içəridəki skletin sümüklərini qarışdırmışlar. Bu qəbirdə skletdən başqa heç bir maddi mədəniyyət nümunəsi aşkar olunmadı. Abidəni hərtərəfli şəkildə öyrəndikdən sonra bir neçə ehtimal irəli sürmək olar:

 

- Belə bir ehtimal təkzib olunmaz faktdır ki, müsəlman şərqində hər kəsin yaxşı tanıdığı kafiri və yaxud düşməni öldürdükdən sonra onu bilavasitə məscidin girişində basdırırdılar. Məqsəd ölənin ruhunun məscidə hər gün namaza gələn insanların tapdağı altında qalıb, təhqir olunması idi. Qəbirdə dəfn olunmuş insanlardan birinin müsəlman olmaması bu fikri söyləməyə əsas verir. Yazılı və şifahi mənbələrə istinadən onu demək olar ki, Şirvanşahlar sarayı kompleksinin aşağı həyəti ərazisində torpaq altında xeyli qəbr abidələri var”.

 

K.Fərhadoğlu araşdırmasının nəticəsi barədə bildirdi ki, "qəbirdəki baş-ayaq yerləşmiş skletlərdən biri gənc oğlana, digəri isə gənc qıza məxsusdur. Və böyük ehtimalla bu qəbir XII əsrə aiddir". Məscidin tikildiyi dövrdə onun bünövrəsində bu qəbrin aşkar edilməməsi mümkün deyil. Bu qəbir sonradan, bilərəkdən məscidin girişində ayaqaltı pillə kimi qoyulub.

 

Adıçəkilən elmi əsərdə mövzu bu cür etdirilir. Mənbə kimi Nizaminin əsəri göstərilir:

“Həmçinin, deyə bilərik ki, məscidin girişində müsəlman olmayan insanın qəbrinin, hətta ayaqaltı pillə kimi belə yerləşdirilməsi ağlabatan deyil. Onu da nəzərə almaq lazımdır ki, Şeyx Nizami "Leyli və Məcnun" əsərində Leylinin qəbri üzərində ölmüş Məcnunun yalnız sümüklərinin qaldığını və bu sümükləri sonradan Leylinin qəbrinə basdırıldığını bildirir. Bu səbəbdən deyə bilərik ki, gənc oğlanın skletinin sümükləri hansısa bir alətlə qarışdırılmayıb, o basdırılarkən belə bütöv olmayıb. Bu fakt həmin skletlərin Nizami Gəncəvinin qəhrəmanlarının qalıqları olduğunu təsdiq edir:

 

"Ey bütün aləmi qurub xəlq edən!

Səni əzizinə and verirəm mən,

Al dərdli canımı ya pərvərdigar!

Məni sevgilimin yanına apar!

Bu cam bərklikdən özün azad et,

Apar o dünyaya könlümü şad et".

 

LENT

14 Dekabr 2017
13 Dekabr 2017
12 Dekabr 2017
11 Dekabr 2017
09 Dekabr 2017