Heyva marmeladlı peçenyeni BELƏ HAZIRLAYIN

Şirniyyat sevərlər fərqli ləzzətdə olan şirniyyatları dadmağı çox xoşlayır. Ailem.az-ın verəcəyi heyva marmeladlı peçenye tam sizin ağız ləzzətinizə uyğundur.

 

Lazım olanlar:

 

250 qar kərə yağı

1 stəkan şəkər pudrası

1 yumurta

2,5 yemək qaşığı kakao

1 paket qabartma tozu

1 paket vanil

4,5 stəkan un

Üzərinə səpmək üçün 1 stəkan şəkər tozu

1 kasa heyva marmeladı

 

Hazırlanması:

 

Əvvəlcə xəmir üçün olan ərzaqlar dərin bir ləyənə tökülüb yoğrulur. Daha sonra xəmirdən qoz böyüklüyündə hissələr alıb, ovucda yuvarlayıb ortası barmaqla aşağı basılır. Daha sonra şəkər tozuna bulayıb, soba qabına düzülür. Əvvəlcədən qızdırılmış 180 dərəcəlik sobada bişirilir. Soyuduqdan sonra isə üzərinə heyva marmeladı qoyulur və servis edilir.

 

Nuş olsun! 

LENT

17 Fevral 2018
16 Fevral 2018
15 Fevral 2018
14 Fevral 2018
13 Fevral 2018
12 Fevral 2018