Gənc Tamaşaçılar Teatrının həftəsonu REPERTUARI

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı həftəsonu tamaşaçılar üçün maraqlı repertuar tərtib edib.

 

Teatrın mətbuat xidmətindən Ailem.az-a verilən məlumata görə, noyabrın 24-də teatrsevərlər “Müsyo Jordan və Dərviş Məstəli şah”la yanaşı, “Cəza” adlı təkadamlıq psixoloji oyun dramını da izləyə biləcəklər.

 

Noyabrın 25-də sənət ocağının səhnəsində “Yarımçıq qalmış”, noyabrın 26-da isə “Hasarın o üzü” tamaşaları təqdim olunacaq.

 

Kiçik yaşlı tamaşaçıları da unutmayan teatr, onları noyabrın 25-də “Balaca və damda yaşayan Karlson”, noyabrın 26-da isə “Buratinonun macəraları” tamaşalarını seyr etməyə dəvət edir.

 

Tamaşalarda əməkdar artistlər Kəmalə Hüseynova, Nəsibə Eldarova, Elşən Rüstəmov, Leyli Vəliyeva, aktyorlar Elnur Hüseynov, Günel Məmmədova, Zümrüd Quliyeva, Şəbnəm Hüseynova, Asya Atakişiyeva, Vüsal Mehrəliyev, Anar Səfiyev, Anar Seyfullayev, Müşfiq Əliyev, Eyvaz İbrahimov, Elşən Çarhanlı, Elnur Kərimov, Elşən Hacıbabayev və başqaları çıxış edəcək.

LENT

16 Dekabr 2017
15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017
12 Dekabr 2017